Ermənistan və İran viza rejimini ləğv etməyə hazırlaşırlar
Oxu.Az “Novosti-Armeniya”ya istinadən xəbər verir ki, sənədin layihəsi Ermənistan hökumətinin iyunun 2-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.
Sənədə əsasən, Ermənistan və İran İslam Respublikasının vətəndaşları viza almadan bir ölkədən digərinə səfər edə və 90 gündən 180 günədək o biri ölkənin ərazisində qala biləcəklər.
Razılaşma ölkələr arasında gələcəkdə iqtisadi, ticarət və başqa əlaqələrin güclənməsi və tənzimlənməsinə yönəlib.
Mənbə:> Oxu.Az