DƏHŞƏTLİ STATİSTİKA: Dünyada 48 milyon kölə var
Quldarlıq dövrünün keçmişdə qaldığını düşünsək də əslində bu, heç də belə deyil. “Walk Free Foundation” son tədqiqatlarını nəticəsini açıqlayıb və məlum olub ki, hazırda dünyada 45 milyon kölə var.
Bu hesabat 167 ölkədən əldə edilən məlumatlara əsasən hazırlanıb. Tədqiaqata 42 min insan cəlb edilib ki, onlar da ümumilikdə 53 dildə danışıblar. Fond nümayəndələrinin açıqlamasına görə, tədiqqat 2014-cü ildə aparılıb və sonrakı müddətdə nəticələr ümumiləşdirilib. Nəticələr isə onu göstərib ki, dünyada əvvəl düşünüldüyündən 28 faiz daha çox kölə var. Kölələrin üçdə ikisi Asiya-Sakit Okean regionunda yaşayır. Bu isə say etibarilə İspaniya, Argentina və Keniya əhalisinin sayına bərabərdir. Ən çox kölə yaşayan insanlar Hindistandadır. Bu ölkədə 18,35 milyon insan kölə kimi yaşayır. Kölə sayına görə ikinci yerdə Çin dayanır. Bu ölkədə kölə vəziyyətində olanların sayı 3,39 milyona çatır. Üçüncü yrdə Pakistan durur. Bu ölkədə kölələrin sayı 2,13 milyon nəfərdir. Kölələrin “beşliyində” dördüncü yerdə Banqladeş dayanır. Burda kölə sayı 1,53 milyondur. Siyahını Özbəkistan tamamlayır. Keçmiş SSRİ-nin bu respublikasında 1,23 milyon insan kölə kimi yaşayır. “Walk Free Foundation”ın qurucusu, milyarder Endryu Forristin sözlərinə görə, ən narahatlıqverici məqam hakimiyyətlərin ölkələrindəki bu vəziyyətə biganə qalmaları, onu aradan qaldırmaq üçün heç bir ciddi səy göstərməmələridir. O, dünyanın 10 aparıcı ölkəsinin rəhbərliyinə müraciət edərək vəziyyəti aradan qaldırmaq üçün səyləri birləşdirməyə çağırıb. Müasir tanıtıma görə, köləlik insanın hansısa təhdiq, zorakılıq və ya məcburiyyətə görə bir yerdə qalması, sərbəst hərəkət edə bilməməsidir.
Mənbə:> Cəbhə.info