Qarabağda qəfil gizli görüş
Bu gün Xankəndində qondarma respublikanın iclası keçirilib.
ANS PRESS-in məlumatına görə, rəsmi məlumatda qeyd edilir ki, hərbçilərin iştrak etdiyi iclas yay çağırışının nəticələri və 2014-cü il qış çağırışının məqsədləri barədə olub.
Lakin rəsmi olmayan məlumata görə isə iclasın məqsədi Qarabağ ermənilərinin "qaymaq"larını bir yerə yığmaq olub.
Məsələ burasındır ki, son zamanlar Ermənistanda hazırda hakimiyyətdə olan Qarabağ ermənilərinə qarşı geniş təbliğat yayılıb və işlər görülür. İndi artıq ermənilər bir qrup dələduzun yaratdığı Qarabağ problemi və onun ağlasığmazcasına mənfi təsirlərini qəbul etmirlər. Artıq heç bir erməni gənci özünü və ya əsgər anası uşağını onlara aid olmayan Qarabağ torpaqlarına qurban vermək istəmir. Bu baxış Azərbaycan Silahlı Qüvvələrinin son vaxtlar təxribatlara daha sərt cavab verməsi ilə də lap çox genişlənib. Cəbhədən hər gün gələn bəd xəbərlər erməniləri bezdirib və qorxu içərisindədirlər. Bunların hamısında günhkar kimi isə ermənilər, hakimiyyəti top kimi biri-birinə atan Qarabağ erməniləri mafiyasında görürlər və buna görə də onlara qarşı ölkədə təzyiq artıb.
Qarabağ erməniləri isə son baş verən hadisələrdən bərk narahatçılıq keçirirlər. Yığıncaqda vəziyyətdən çıxış kimi nəyin göstərildiyi bilinməsə də hakimiyyət qüvvələrinin növbəti addımları məslənin üstünü açacaq. Lakin belə görünür ki, bu insanlar hakimiyyət və milləti uçuruma aparan ksenafob siyasətdən asan ayrılmayacaqlar.
Qeyd edək ki, paytaxt İrəvanda mitinq edənlərə qarşı hakimiyyətin aqressiv cavabı hələ də davam edir.
Mənbə:> ANSPRESS