Əli Həsənov: ABŞ-la bütün sahələrdə münasibətlərimiz rəvandır
ABŞ və Avropa dövlətləri ilə həm ikitərəfli, həm də çoxtərəfli münasibətlərimiz çox rəvandır, proqramlaşdırılılan, proqnozlaşdırılandır və qarşılıqlı maraqlara söykənib.
AzNews.info-nun APA-ya istinadən verdiyi məlumatına görə, bunu Azərbaycan prezidentinin köməkçisi Əli Həsənov ABŞ-Azərbaycan münasibətlərini şərh edərkən deyib.
O bildirib ki, Azərbaycan bu ölkələrlə daxili işlərə qarışmamaq, bir-birinin maraqlarını müdafiə etmək prinsiplərinə sadiqdir və bir sıra sahələrdə ortaq maraqlara malikdir.
“Bu ölkələr sırasında ABŞ xüsusi əhəmiyyət kəsb edir. Bütün sahələrdə bu ölkə ilə münasibətlərimiz rəvandır”.
Mənbə:> APA