Yüksəkvəzifəli erməni generalı və polkovnikləri həbs edildilər » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi

Yüksəkvəzifəli erməni generalı və polkovnikləri həbs edildilər

Yüksəkvəzifəli erməni generalı və polkovnikləri həbs edildilər


Ermənistan Müdafiə Nazirliyinin bir sıra yüksəkvəzifəli işçiləri dünən axşam həbs ediliblər.

Oxu.Az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, bu barədə Ermənistan İstintaq Komitəsi məlumat yayıb.

“Mayın 30-da axşam saatlarında general Mels Çilinqaryanın, polkovniklər Mqer Papyanın və Armen Marqaryanın həbs edildiyini rəsmən təsdiq edirəm. Həbslər iki müxtəlif cinayət işi çərçivəsində həyata keçirilib. Söhbət aşağı keyfiyyətli malların qəbul edilməsindən, bəzi hallarda isə malların baha alınmasından gedir”, - Ermənistanın İstintaq Komitəsi sədrinin müşaviri Sona Truzyan Aravot.am-a bildirib.

Mayın 31-də erməni KİV-də dünən axşam Ermənistan Müdafiə Nazirliyində həbslərin olduğu, əsasən də Ermənistan silahlı qüvvələrinin silahlanma idarəsinin rəisi, general-mayor Mels Çilinqaryanın həbs edildiyi barədə məlumat yayılıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *