Türkiyədən ABŞ-a ikinci cəbhə təklifi
Türkiyə Suriyada xüsusi hərbi əməliyyatın keçirilməsi üçün ABŞ-a birləşmək təklifi edib. Lakin şərtə görə, həmin əməliyyatda kürdlər iştirak etməməlidir.
Axar.az xəbər verir ki, bunu Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu deyib.
“Biz indi amerikalılarla Mümbiç şəhərinin tez bir zamanda bağlanmasını vəı ikinci cəbhənin açılmasını müzakirə edirik. İkinci cəbhə açılmalıdır, lakin orda PYD iştirak etməyəcək”, - Çavuşoğlu bildirib.
Nazirin sözlərinə görə, cəbhələrin birləşdirilməsi Rakkaya hücumu asanlaşdıracaq.
Mənbə:> Axar.az