Çin 68 əsgərin cəsədini Rusiyaya qaytarır » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi

Çin 68 əsgərin cəsədini Rusiyaya qaytarır

Çin 68 əsgərin cəsədini Rusiyaya qaytarır


Çin 1904-1905-ci illərdə baş vermiş Rus-Yapon müharibəsində ölən 68 əsgərin cəsədini Rusiyaya təhvil verəcək.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Müdafiə Nazirliyinin rəsmisi Vladimir Popov deyib.

O bildirib ki, sözügedən cəsədlər Rusiyada dəfn olunacaq:

“Bu tarixi hadisə iki ölkə arasındakı mədəni əlaqələrin ən yüksək səviyyədə olduğunun göstəricisidir. Cəsədlər Rusiya-Çin sərhədində yerləşən Blaqoçeşensk şəhərində təhvil alınacaq və elə orada da dəfn olunacaq”.

Qeyd edək ki, sözügedən əsgərlərin cəsədləri 2014-cü ildə inşaat qazıntıları zamanı Siping şəhərində tapılmışdı.

Mənbə: Axar.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *