Özünü asan MTN polkovniki Göyçayda dəfn olunacaq
Bu gün Bakı İstintaq Təcridxanasında (BIT) özünü asan MTN-in Antiterror Mərkəzinin keçmiş rəis müavini, polkovnik İlqar Əliyevin meyiti ailəsinə təhvil veriləcək.
Oxu.Az xəbər verir ki, İ. Əliyevin vəkili Rəşad Mirmehdizadə Trend-ə bildirib ki, mərhum dəfn olunmaq üçün sabah Göyçay rayonuna aparılacaq.
Qeyd edək ki, İ. Əliyev MTN-lə bağlı başlanmış cinayət işi ilə əlaqədar həbs olunub.
Mənbə:> Oxu.Az