Ərdoğan: Ağrının dərisinin rəngi, iri, dili və dini olmur
Biz üç milyondan çox suriyalı və iraqlı qaçqını qəbul etmişik. Böyük qürur hissi ilə bildirmək istəyirəm ki, qaçqın axını prosesi davam edənədək qapılarımız suriyalı, yaxud iraqlı – fərq etməz, təhdidlərlə üz-üzə qalmış və bombalardan qaçan hər bir kəsin üzünə açıqdır.
Oxu.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Dünya Humanitar Sammitinin açılışında çıxışı zamanı bildirib.
Türk dövləti başçısının sözlərinə görə, Türkiyə yaxşı bilir ki, ağrının dərisinin rəngi, irqi, dili və dini olmur.
“Bu prinsipi rəhbər tutan Türkiyə bu gün dünyanın 140-dan çox ölkəsində humanitar yardım və inkişafa dəstək işləri aparır. Biz müxtəlif ölkələrdə minlərlə layihə həyata keçiririk”, - deyə prezident bildirib.
Mənbə:> Oxu.Az