Məmmədyarov: Azərbaycan ərazilərinin işğalı faktına son qoyulmayıb » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ

Məmmədyarov: Azərbaycan ərazilərinin işğalı faktına son qoyulmayıb

Məmmədyarov: Azərbaycan ərazilərinin işğalı faktına son qoyulmayıb


Xarici işlər naziri Elmar Məmmədyarov 16-cı Doha Qlobal Forumu çərçivəsində “Beynəlxalq və regional status-kvo və çağırışlarla üzləşməyin vasitələri” adlı plenar sessiyada məruzə ilə çıxış edib.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, E. Məmmədyarov çıxışında beynəlxalq və regional təhlükəsizliyin təmin olunmasında ölkəmizin rolu, ekstremizm və terrorizmə qarşı mübarizədə verdiyi töhfə, eləcə də Ermənistan-Azərbaycan münaqişəsi və onun nəticələri barədə geniş məlumat verib.

Müasir dünyada baş verən dramatik dəyişikliklər nəticəsində dünya ölkələrinin üzləşdiyi hərbi təcavüz və qanunsuz işğal kimi ənənəvi təhdidlərlə yanaşı, kiberterrorizm, kütləvi miqrasiya kimi qeyri-ənənəvi problemlərin beynəlxalq və regional təhlükəsizlik arasında sərhədləri aradan qaldırdığını qeyd edən xarici işlər naziri bu problemlərlə effektiv mübarizə aparmaq yolları haqqında danışıb.

E.Məmmədyarov dünyada baş verən ədalətsizliklərin aradan qaldırılması məqsədilə gücün deyil, hüququn hökmranlıq etməsinin əsas olduğunu bildirərək, dünya birliyi tərəfindən beynəlxalq hüquqa tam əməl olunması üçün effektiv mexanizmlərin yaradılmasının əhəmiyyətini vurğulayıb. Bu xüsusda, Ermənistan tərəfindən iyirmi faizdən çox ərazilərimizin işğal olunması və ölkə əhalisinin hər doqquz nəfərdən birinin qaçqın və ya məcburi köçkünə çevrilməsi ilə bağlı Azərbaycanın üzləşdiyi ən böyük ədalətsizlik haqqında danışaraq, münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə baxmayaraq, işğal faktına son qoyulmadığını, ölkəmizə münasibətdə ədalətsizliyin hələ də davam etdiyini təəssüflə qeyd edib.

E. Məmmədyarov son dövrlər kütləvi xarakter alan miqrasiya böhranına toxunaraq, problemin müharibələr deyil, həmin ölkələrin üzləşdiyi iqtisadi çətinliklərdən qaynaqlandığını diqqətə çatdırıb. Miqrasiya böhranının səmərəli həlli üçün davamlı inkişaf yolu ilə iqtisadi şərait və imkanların yaradılmasının vacibliyini bildirib.

Eyni zamanda multikulturalizm ideyaları, bu ideyaların təşviq olunmasının əhəmiyyətinə toxunub, Azərbaycanın dünyada multikulturalizm və tolerantlıq nümunəsi olduğunu nəzərə çatdırıb. Ekstremizm və terrorizmlə mübarizədə əməkdaşlıq haqqında danışan E. Məmmədyarov beynəlxalq və regional təhlükəsizliklə bağlı təhdidlərin dəf edilməsi üçün dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının vacib şərt olduğunu vurğulayıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *