“ABŞ ordusu indi hara göndərilir?”
ABŞ ordusu 3M silah şirkətindən 177 min ədəd güllə keçirməz gödəkçə sifariş verib.
Axar.az xəbər verir ki, mərkəzi Minnesota ştatında yerləşən şirkət bu satışdan 93 milyon dollar qazanacaq.
Şirkətin saytındakı məlumata görə, alınan gödəkçələri quru, dəniz və hava əməliyyatları zamanı istifadə etmək olar.
ABŞ-dakı bir çox ekspert isə ordunun genişmiqyaslı əməliyyatlara hazırlandığını iddia ediblər.
Ekspertlər güllə keçirməz gödəkçənin adətən hərbi əməliyyatlardan öncə alındığını bildirirlər.
ABŞ-ın “Zero Hedge” xəbər saytı Pentaqonun sonuncu dəfə ötən ilin noyabrında 3M şirkətindən 28 min ədəd gödəkçə aldığını və bundan qısa müddət sonra əsgərlərin Suriya və İraqa göndərildiyini yazıb.
Sayt xəbərini “ABŞ ordusu indi hara göndərilir?”, sualı ilə bitirib.
Mənbə:> Axar.az