Rusiya Ermənistana silah tədarükünə başladı
“Proses plana uyğun gedir”.
200 mln. dollar ixrac krediti çərçivəsində Rusiyadan Ermənistana silah tədarükü başlayıb.
AzNeews.info “İnterfaks”a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Ovik Abramyan bildirib.
“Proses plana uyğun gedir. Heç bir problem yoxdur”, - deyə, Abramyan bildirib.
Bu mövzunun Rusiyanın Baş naziri Dmitri Medvedevin mayın 20-də Yerevana səfəri zamanı müzakirə edilib-edilməməsi barədə sualı isə Abramyan belə cavablandırıb:
“Biz həmişə fürsətdən istifadə edirik”.
Mənbə:> interfax