Azərbaycan bayrağı və azarkeşləri Avropa çempionatının tanıtım videosunda » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial, Futbol

Azərbaycan bayrağı və azarkeşləri Avropa çempionatının tanıtım videosunda – VİDEO

Azərbaycan bayrağı və azarkeşləri Avropa çempionatının tanıtım videosunda


Kompozisiya DJ Devid Getta və müğənni Zara Larssonun tərəfindən ərsəyə gətirilib.

Fransada keçiriləcək futbol üzrə Avropa çempionatının rəsmi himninin video rolikin bir çox epizodunda azərbaycanlı azarkeşlər və yığma komandanın futbolçuları yer alıb.

ANS PRESS-in məlumatına görə, kompozisiya DJ Devid Getta və müğənni Zara Larsson tərəfindən ərsəyə gətirilib.

Mahnı “This One’s For You” ("Bu, sizin üçündür") adlanır. Turnirin rəsmi mahnısı "Stade de France"da keçiriləcək açılış və bağlanış mərasimində ifa olunacaq.

Bundan əlavə, cütlük iyunun 9-da Parisdə Eyfel qülləsinin altında pulsuz konsert proqramı ilə çıxış edəcək.


Avropa çempionatı iyun ayının 10-dan iyulun 10-dək olacaq. David Qetta fransalı DJ-dir. O, 7 dəfə “Qremmi” mükafatının sahibi olub.

Azərbaycanlı futbol sevərlərin azərkeşlik etdiyi Türkiyə millisi AÇ-da D qrupunda mübarizə aparacaq. Türklər bu qrupda İspaniya, Çexiya və Xorvatiya yığmaları ilə mübarizə aparacaq.


Azərbaycan bayrağı və azarkeşləri Avropa çempionatının tanıtım videosunda

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *