Sərhəd qoşunları düşmən hücumunun qarşısını almağı öyrənir » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi, Sosial, Foto

Sərhəd qoşunları düşmən hücumunun qarşısını almağı öyrənir – FOTO

Sərhəd qoşunları düşmən hücumunun qarşısını almağı öyrənir


2016-cı ilin döyüş hazırlığı proqramına uyğun olaraq Dövlət Sərhəd Xidmətinin (DSX) çevik hərəkət bölmələrinin və aviasiya qüvvələrinin iştirakı ilə mayın 17-dən 19-dək “Ağgöl” səhra təlim mərkəzində “Azərbaycan Respublikasının dövlət sərhədini pozaraq hücuma kecmiş düşmən qüvvələrinin hücumunun qarşısının alınması, əks həmlədən hücuma keçərək düşmən qüvvələrinin məhv edilməsi və dövlət sərhədinin bərpa edilməsi” mövzusunda irimiqyaslı taktiki təlimlər keçirilib.

DSX-nin mətbuat mərkəzindən Oxu.Az-a verilən məlumata görə, təlimlərin əsas məqsədi Azərbaycan Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarının icrası, şəxsi heyətə vətənə məhəbbət, qələbəyə inam, döyüş zamanı dözümlülük, mətanətlik və qorxmazlıq vərdişlərinin aşılanması, eləcə də çevik hərəkət bölmələri və aviasiya qüvvələri arasında əlaqələndirmənin və idarəetmə orqanlarının real döyüş şəraitində birgə fəaliyyətinin yoxlanılması və təkmilləşdirilməsi olub.

Döyüş atışlı təlimlərin üçüncü mərhələsi Dövlət Sərhəd Xidmətinin rəisi – Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyevin rəhbərliyi altında həyata keçirilib.

Üç mərhələdə keçirilən təlimlər zamanı DSX-nin qüvvə və vasitələri tərəfindən şərti düşmənin dövlət sərhədini pozmuş qoşun qrupları zərərsizləşdirilmiş və dövlət sərhədi bərpa edilib.

Təlimlərdə döyüş əməliyyatları zamanı helikopterlər vasitəsilə döyüş bölgəsinə əlavə qüvvələrin çatdırılması, yaralıların təxliyə edilməsi, sıradan çıxmış avtomobil və zirehli texnikaların təmir-təxliyə qrupu tərəfindən döyüş sahəsindən çıxarılması elementləri də uğurla işlənilib. Təlimlər zamanı bölmələrin real döyüş şəraitində idarə olunmasına, çevik hərəkət qüvvələri və aviasiya bölmələri arasında yüksək qarşılıqlı fəaliyyətə nail olunub.

Təlimlərdə zenit qurğularından, helikopterlərdən, zirehli texnikalardan, minaatanlardan, iri çaplı pulemyotlardan, qumbaraatanlardan döyüş atışları və raket buraxılışları müvəffəqiyyətlə həyata keçirilib.

Şəxsi heyət tərəfindən möhkəm intizam, yüksək peşəkarlıq və döyüş hazırlığı nümayiş etdirilib, döyüş atışı vərdişləri təkmilləşdirilib.

DSX-nin çevik hərəkət bölmələri və aviasiya qüvvələri qarşıya qoyulmuş döyüş tapşırıqlarını uğurla yerinə yetirib, təlim müvəffəqiyyətlə başa çatıb.

Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyev təlimdə iştirak edən şəxsi heyəti qarşıya qoyulan vəzifələri uğurla yerinə yetirdiklərinə görə təbrik edib, döyüş hazırlığının daha da yüksəldilməsi üzrə bölmələr qarşısında yeni tapşırıqlar müəyyən edib, Azərbaycan sərhədçilərinin Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev tərəfindən qarşıya qoyulan bütün tapşırıqları şərəflə icra etməyə daim hazır olduqlarını xüsusi vurğulayıb.

Sərhəd qoşunları düşmən hücumunun qarşısını almağı öyrənir
Sərhəd qoşunları düşmən hücumunun qarşısını almağı öyrənir
Sərhəd qoşunları düşmən hücumunun qarşısını almağı öyrənir
Sərhəd qoşunları düşmən hücumunun qarşısını almağı öyrənir
Sərhəd qoşunları düşmən hücumunun qarşısını almağı öyrənir
Sərhəd qoşunları düşmən hücumunun qarşısını almağı öyrənir
Sərhəd qoşunları düşmən hücumunun qarşısını almağı öyrənir
Sərhəd qoşunları düşmən hücumunun qarşısını almağı öyrənir
Sərhəd qoşunları düşmən hücumunun qarşısını almağı öyrənir
Sərhəd qoşunları düşmən hücumunun qarşısını almağı öyrənir

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *