Sosial şəbəkələri "STOP METSAMOR" haştaqı bürüdü » AzNews.info -Xəbər portalı

Sosial şəbəkələri "STOP METSAMOR" haştaqı bürüdü – FOTO

Sosial şəbəkələri "STOP METSAMOR" haştaqı bürüdü


Ermənistan Respublikasında yerləşən “Metsamor” Atom Elektrik Stansiyası (AES) Cənubi Qafqaz, Orta Asiya, Xəzər və Qara dəniz ölkələri üçün ciddi təhlükə mənbəyinə çevrilib.

ATV.az-ın məlumatına görə, istismar müddəti bitmiş, uzun illərdir heç bir yenilənmə işləri aparılmayan Metsamor AES-də qəza baş verəcəyi təqdirdə Ermənistanın özü də daxil olmaqla, geniş coğrafiyada yerləşən bir çox ölkə nüvə qəzasının yaratdığı digər fəsadlarla üz-üzə qalacaq. Artıq uzun illərdir region ölkələri, Avropa İttifaqı və bir çox beynəlxalq təşkilat “Metsamor” AES-in yaratdığı təhlükə ilə bağlı həyəcan təbili çalır, milyonlarla insanın həyatını təhdid edən bu halın aradan qaldırılması üçün tədbir görülməsini tələb edirlər.

Bundan başqa, Ermənistanda AES-in mövcudluğu nüvə materialları qaçaqmalçılığı ilə məşğul olan transmilli cinayətkar qrupların regiona diqqətini artırır, onların Azərbaycanın işğal altındakı ərazilərində sərbəst fəaliyyəti üçün əlverişli şərait yaradır. Ermənilərin nüvə qaçaqmalçılığı ilə məşğul olması, radioaktiv materialları ölkədən çıxararaq satmaq cəhdlərinə dair çoxsaylı faktlar mövcuddur. Belə materialların İŞİD və Əl-Qaidə kimi terror qruplaşmalarının əlinə düşəcəyi təqdirdə nəyin baş verəcəyini təsəvvür etmək heç də çətin deyil.

Bütün bu təhdidlərin qarşısının alınmasını və regionun təhlükədən qorunmasını təmin etmək məqsədilə “Stop, Metsamor!” kampaniyasına başlanılıb. Bu məqsədlə bir qrup bloqqer change.org saytında “Metsamor” AES-in bağlanmasını tələb edən “Stop Metsamor!” petisiyası üzrə imza toplanmasına start verib.

Kompaniyanın təşəbbüskarı Sənan Nəcəfov “Stop Metsamor!”la bağlı ATV.az-a ətraflı açıqlama verib:

Sosial şəbəkələri "STOP METSAMOR" haştaqı bürüdü


“Bu təşəbbüs bir qrup blogger tərəfindən irəli sürülüb. Kompaniya Metsamor Atom Elektrik Stansiyasının bağlanması ilə bağlı “Stop Metsamor!” haştaqı ilə başlandı. Az müddətdə artıq mətbuatdan yetəri qədər informasiya dəstəyi almışıq. Səbəblər bəllidir. Birincisi, Ermənistanda yerləşən Metsamor AES-in özünün seysmik zonada yerləşməsidir, yəni, bu, region üçün təhlükəlidir. İkincisi, məsələ AES-in istifadə müddətinin vaxtından çox keçməsidir. Metsamor artıq 25 ildən çox müddətdir ki, fəaliyyətdədir. Və bir müddət də keçsə, onun həmin ərazidə yaranan tektonik çatlarda sızma ehtimalı çox yüksəkdir.

Mütəxəssislər deyir ki, bu cür Atom Elektrik Stansiyalarının dağlıq zonalarda yerləşdirilməsi qəti qadağandır. Ermənistan isə həmin AES-in fəaliyyətini dayandırmaq əvəzinə, fəaliyyətini bir az da uzadır - 2026-cı ilə qədər. Onların tələbi bundan ibarətdir ki, “Atom Elektrik Stansiyasını dayandırmaq üçün bizə, 5 milyard aşağı faizlə kredit verin”. Üçüncüsü bundan ibarətdir ki, oradakı nüvə artıqlarının yekunda haraya aparıldığından, atıldığından və ya basdırıldığından məlumatımız yoxdur. Daha doğrusu bizim məlumatımız var, ancaq yekunu nə olar deyə ermənilərdə plan yoxdur. Həmin nüvə artıqlarının Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində basdırılması haqqında məlumatlarımız var. Dəfələrlə biz, bununla bağlı müraciətlər etmişik ki, istək həmin ərazidə istifadə olunmuş tullantıların, radioaktiv maddələrin satılması məqsədidir. Bildiyimiz kimi, 1999-cu ildən bəri 12 dəfə belə fakt aşkarlanıb. Hələ bu, aşkar olunanlardır, görün gizli, qaçaqmalçılıq yolu ilə aparılanlar nə qədər təhlükəli və qorxuludur. Onlardan bir neçə dəfə Gürcüstan sərhədində, İran sərhədində tutulanlarlar olub. Bu, xırda məsələ deyil. Uran konteynerinin birinin qiyməti 200 milyon dollardır. Və hər dəfə də tutulanlar arasında ya Metsamor AES-in keçmiş əməkdaşı olub, ya Ermənistanın keçmiş xüsusi xidmət orqanının keçmiş zabitlərindən kimsə çıxıb bunun arxasından. Yəni, onlar bilirlər ki, nə işlə məşğul olurlar.

Bir az da gərginliyi artıran bundan ibarətdir ki, ortada dəhşətli dərəcədə böyük miqdarda pullar var. Və bu vəsaitin qarşısını almaq sırf bir Facebook, Tvitter kompaniyası ilə mümkün deyil. Hara qədər getsək də, yenə, onun arxasından mütləq bir güc çıxır və bu məsələdə öz maraqlarını ortaya qoyurlar ki, çox genişlənməsin. Adi bir misal deyil, Metsamor AES Türkiyə ərazisinin təxminən 16 km-də, İranın 70 km, Gürcüstan sərhədinin 120 km, 160 km isə Azərbaycan sərhədindən uzaqda yerləşir. Azərbaycan Metsamor AES-in bağlanması ilə bağlı səs salır, etiraz edir, bütün müvafiq orqanlara, qurumlara, beynəlxalq təşkilatlara müraciət edir, amma nəticə yoxdur, reaksiya verilmir. Bundan əlavə, Türkiyə, İran və Gürcüstandan səs çıxmır. Kompaniyanın dördüncü məqsədi də ondan ibarətdir ki, bu məsələyə qonşu ölkələri də cəlb edək.

Bunu nəzərə alaq ki, zaman gələcək nüvə təklükəsi tək 5 region ölkəsi yox, bütün dünya üçün də təhlükə olacaq. Bizim kompaniyanın başlanmasının növbəti məqsədi də beynəlxalq ictimaiyyətin, beynəlxalq təşkilatların həmişə, uzun müddətli Dağlıq Qarabağla bağlı məsələdə Azərbaycana qarşı haqq səsində, digər məsələlərdə ikili yanaşmalarını, heç olmasa bu məsələdə kənara qoymaqlarını istəməyimizdir. Bunun bir həddi olar. Tutaq ki, Dağlıq Qarabağ məsələsində siyasi məsələlər onlar üçün önəmlidir, bununla bağlı fikirlərini bir az geri çəkirlər, açıq elan edə bilmirlər. Bu is, nüvə məsələsidir, nüvə təhlükəsizliyidir. Hər hansı dəhşətli bir hadisə baş verərsə, ondan heç kim sığortalanmayıb. Yəni, nəzərə alaq ki, Ermənistanın keçmiş baş naziri, hazırda deputat olan bir nəfər Azərbaycanı açıq-aşkar şəkildə nüvə ilə bağlı təhdid edir. Bunu, indiyə qədər eşitdiyimiz iki nəfər bacarıb. Biri həmin şəxs, biri də terror qruplaşması olan İŞİD. Hər ikisinin dediyi sözün məsuliyyətini dərk etməməsi baxımından oxşarlıq var. Heç kim arxayın ola bilməz ki, həmin nüvə artıqları İŞİD kimi terror qruplaşmasının əlinə keçməyəcək. Bir halda ki, bir konteynerə görə, 200 milyonluq puldan söhbət gedir, İŞİD üçün bunu almaq elə də çətin deyil. Ermənistan isə hazırda bunun üçün hər şeyi etməyə əl atır.

- Bəs bundan sonra nə ediləcək?

- Bizim başladığımız bu kompaniyanın yaxın zamanlarda 5 ölkədən əlavə, hətta Ermənistanın öz QHT-lərinə də müraciət edəcəyik. Biz, Ukrayna, Gürcüstan, Türkiyə, Rusiya QHT-lərinə müraciət etməyi düşünürük. Eyni zamanda, bütün beynəlxalq təşkilatların Facebook və Tvitter səhifələrinin siyahısını tutmuşuq, QHT-lər vasitəsilə onlara bəyənat, məktub göndəriləcək adbaad. Və biz, bu məsələdə xüsusilə Ukrayna QHT-lərinin Yaşıllar Partiyasının üzvlərinin etirazlarını gözləyirik. Çünki onlar, Çernobl kimi dəhşətli hadisəni yaşamış xalq və ölkədilər. Əlbəttə onlar da, ikinci dəfə belə bir dəhşətin yaşanmasını istəməzlər.

- Hazırda kompaniya ilə bağlı fəallıq necədir?

Sosial şəbəkələri "STOP METSAMOR" haştaqı bürüdü


- Fəallıq hələ ki, zəifdir, bu dəqiqə. Hələ dəqiq bilinmir petisiyanı nə qədər imzalayan var, təxminən 2200-2500 arasıdır. Bu məsələdə mətbuatın dəstək olmasını xahiş edirik, QHT-ləri aktivliyə çağırırıq, vətəndaşlar, xüsusilə gənclər təşkilatlarının bu məsələdə dəstək olmağı vacibdir. Çox sadə bir mexanizmdir, ad-soyad, e-mail, ölkənin poçt indeksi yazılır, bununla da imza qeydə alınır. Bu dəqiqə hələ ki, əlimizdə sevinəcəyimiz, fəxr edəcəyimiz fakt yoxdur. Bizim işimiz bu kompaniyanı başlamaq və daha çox insanları cəlb etməkdir. İnsanların cəlb olunması üçün də yəqin bir metod tapacağıq ki, daha çox dəstək olsunlar.

- Sizcə, bütün bu işlərin bir nəticəsi olacaqmı?

- Elə bir şey yoxdur ki, bir petisiya yaratmaqla mütləq Metsamor AES bağlanacaq. İnformasiya müharibəsində atəşkəs olmur. Hər dəfə bu məsələ ilə bağlı fikrimi bildirəndə deyirəm bunu. Məsələ bundan ibarətdir ki, biz, davamlı olaraq bu ölkəni informasiya basqısında saxlayırıq. Demirik ki, yaratdığımız kompaniya informasiya dəstəyidir. Biz, doğrudan da özümüzü təhlükədə hiss edirik. Regionun təhlükəsizliyini fikirləşən ölkəyik. Biz istəyirik ki, belə bir təhlükə mənbəyinin, saat mexanizmi kimi qoşulmuş bir bombanın faəliyyəti dayandırılsın. Bəzən sual verirlər ki, bunun nə xeyri olacaq? Bununla bağlı bir misal deyim, təsəvvür edin ki, bir otaqda əyləşib iş görürük, qapının ağzında da saat qurğusu olan bomba yerləşdirilib. Biz bu halda neyniyərik? Fövqəladə Hallar Nazirliyinə, polisə, həkimə, ətrafda olanlara müraciət edərik ki, bu bombanı dayandıraq, təhlükə var. Bu məqamda kimsə kənardan gəlib ki, “sizin nə marağınız var, bu bombanın dayandırılmasında?” sualını verirsə, adam gülünc vəziyyətə düşür.

Eyni ilə də o sualı verənlər üçün də deyirəm ki, bu qurğu işə düşüb, bu, təhlükəli bir şeydir. Təsəvvür edirsiniz, bu, neçə illərdir fəaliyyətdədir və Ermənistan kimi iqtisadi cəhətdən zəif bir ölkənin Atom Elektrik Stansiyasını saxlamaq gücü yoxdur. Nüvə ölkəsi o olur ki, onun təhlükəsizliyi də həmin addımlara adekvat olsun. Bu, həmin ölkədə yoxdur. Yaponiya kimi iqtisadi cəhətdən güclü bir ölkə zəlzələ zamanı "Fukusima-1" atom-elektrik stansiyasında yaranan dəhşətli hadisədə 2 blokunu itirdi. Yəni, faciənin nəticələri göz qabağındadır. Ermənistanı isə Yaponiya ilə müqayisə etmək belə ağlasığmazdır.

Nəticəyə gəldikdə isə, ən azından biz istəyirik ki, Metsamor AES-lə bağlı məlumat yayılsın. İkincisi, bizim əlimizdə imkan var ki, Ermənistan bizi açıq-aşkar nüvə silahı ilə təhdid edir. Biz, bu variantdan istifadə edib, bütün beynəlxalq təşkilatları məsələdə ciddi olmağa çağırırıq və hətta beynəlxalq təşkilatların, hətta Avropa Birliyinin rəsmilərindən də bu məsələni araşdırmağı üzərlərinə götürürlər ki, doğrudan da bunların bəlkə nüvə silahı var. Bizə lazım olan budur ki, onların diqqətinə bunu çatdıraq. Dünyanı məlumatlandırmaq lazımdır ki, Ermənistan hazırda belə bir təhlükəli oyun oynayır. Bu məsələdə kənarda durub izləməklə iş bitmir. Bu, Dağlıq Qarabağ məsələsi deyil ki, susasınız və ya göz yumasınız, guya ədalətli mövqe nümayiş etdirirsiz. Bu, real təhlükədir, gələcəkdəki təhlükəsizliyimiz, sağlamlığımız üçün böyük təhlükədir. Burada tək regiondan söhbət getmir, Atom Elektrik Stansiyası üçün tək regiondan söhbət gedə bilməz. Bu qorxu, bütün dünya, bəşəriyyət üçün var. Bu baxımdan hesab edirəm ki, atdığımız addım daha effektli nəticələr əldə edəcək və nə qədər çox dəstək olarsa, bir o qədər xeyriməzdir, nə qədər çox işləsək, o qədər çox nəticə əldə edərik”.

Qeyd edək ki, petisiyaya səs vermək istəyənlər aşağıdakı linklərdən istifadə edə bilərlər:

Sosial şəbəkələri "STOP METSAMOR" haştaqı bürüdü


https://www.change.org/p/world-community-we-want-the-metsamor-npp-of-armenia-to-be-closed-as-it-is-hazardous-for-the-world?source_location=petitions_share_skip
Əlavə olaraq sosial şəbəkələrdə - Facebook və Twitterdə Metsamor “Stop Metsamor!” kampaniyasının xüsusi səhifələri yaradılıb.

https://www.facebook.com/STOP-Metsamor-765785693522161/?fref=ts&__mref=message_bubble
https://twitter.com/StopMetsamor
https://www.facebook.com/events/629474597206586
Fəallar beynəlxalq ictimaiyyəti “Metsamor ”AES-in yaratdığı təhlükəyə biganə qalmamağa və həyata keçirilən kampaniyanı dəstəkləməyə çağırırlar.

Mənbə: ATV.az - Günay Məryəm
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *