Rusiyalı şərhçi: Metsamor AES Cənubi Qafqaz üçün fəlakət ola bilər » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Dünya

Rusiyalı şərhçi: Metsamor AES Cənubi Qafqaz üçün fəlakət ola bilər

Rusiyalı şərhçi: Metsamor AES Cənubi Qafqaz üçün fəlakət ola bilər


Metsamor atom elektrik stansiyasının (AES) hazırda işləyən 2-ci enerji blokunun texniki vəziyyəti təhlükəlidir. Bu blokun nəzərdə tutulan istismar resursu artıq tam tükənib və elektrik enerjisi hasilatında bundan sonra da istifadə edilməsi stansiyanı Çernobıl AES-də, yaxud “Fukusima-1” AES-də baş vermiş qəzalara bənzər texnogen fəlakət həddinə sürükləyir.

AzNews.info xəbər verir ki, bu sözləri tarixçi və siyasi şərhçi Oleq Kuznetsov AzərTac-ın müxbiri ilə söhbətində söyləyib.

Bir neçə ay əvvəl Cənubi Qafqaz ölkələrinin ictimaiyyətinin diqqətini bu problemə cəlb edən ilk adamlardan biri olan ekspert Metsamor AES-in vəziyyəti ilə bağlı onun narahatlığını getdikcə daha çox insanın bölüşdüyündən razı qaldığını bildirib.

“Əlbəttə, Çernobıl AES-in partlamış enerji bloku ilə müqayisədə bu aqreqatın texniki parametrləri iki dəfə kiçikdir, amma indiki durumda bu cəhəti Cənubi Qafqazın Ermənistanla həmsərhəd ölkələri üçün onun təhlükəsini azaltmır. Ola bilsin, əsaslı təmir və yenidənqurma işləri Metsamor AES-in bu enerji blokunun gücünün istismar müddətini daha bir neçə il və hətta on il uzatmağa imkan verəcək, amma Ermənistan Respublikasının öz energetika təsərrüfatına münasibətini təhlil etsək, yenidənqurma imkanları haqqında söhbət artıq bir o qədər də aktual olmaya bilər”, - deyə ekspert bildirib.

Spitakda baş vermiş zəlzələdən sonra elektrik stansiyasının bərpa olunması tarixini xatırlayan Oleq Kuznetsov deyib:

“1988-ci ilin dekabrında Spitak zəlzələsi zamanı Metsamor AES-in heyətinin stansiyadan qaçıb getdiyini xatırlamaq kifayətdir. Yalnız özünün konstruksiya xüsusiyyətlərinə görə Metsamor AES ilə eyniyyət təşkil edən Kola AES-dən texniki heyətin tələm-tələsik bura göndərilməsi sayəsində onda labüd görünən təbii-texnogen fəlakətin qarşısını almaq mümkün oldu. Bu hadisədən sonra AES dayandırıldı, talan edildi, 1-ci enerji bloku isə əslində məhv edildi. Yalnız indi işləyən 2-ci enerji bloku bərpa edildi və işə salındı. Özü də bu addım sırf Dağlıq Qarabağ müharibəsinin yaratdığı iqtisadi şəraitdən irəli gəlirdi”.

Analitik onu da bildirib ki, Metsamor AES-in istismarının dayandırılması haqqında petisiya vacib təşəbbüsdür. Bu təşəbbüs Ermənistanın hakimiyyət orqanlarının diqqətini təkcə stansiyanın ağır texniki vəziyyətinə cəlb etməməlidir, həm də stansiyanın yenidən qurulması, yaxud sonradan konservasiya etməkdən ötrü dayandırılması üçün pul tapmaq barədə düşündürməlidir.

Onun fikrincə, Metsamor AES-in bağlanmasını tələb edən “Stop Metsamor!” petisiyasının imzalanması kampaniyası Cənubi Qafqaz regionunda ekoloji təhlükəsizliyin səviyyəsinin yüksəldilməsinə yönəldilib.

“Buna görə də petisiyanı alqışlayıram. Nüvə energetikasında belə məsuliyyətsiz münasibət sözün həqiqi mənasında yolverilməzdir”, - deyə O.Kuznetsov vurğulayıb.

Mənbə: AzərTAc
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *