Kirbi: ABŞ Dağlıq Qarabağdakı vəziyyəti kövrək sayır
ABŞ-ın Dağlıq Qarabağdakı vəziyyətin kövrək olması ilə bağlı narahatçılığı var.
Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi deyib.
O bildirib ki, ABŞ dövlət katibi Con Kerri yaxın saatlarda Vyanada Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanla görüşəcək.
“Hesab edirəm ki, onlar bizim necə irəliyə gedə biləcəyimizi müzakirə edəcəklər. Dağlıq Qarabağda vəziyyətin kövrəkliyi narahatlıq doğurur”, - Kirbi deyib.
Onun sözlərinə görə, ABŞ həmişə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olub.
“Biz vasitəçilikdən danışmırıq. Lakin bizim zorakılıq səviyyəsinin azaldığını və tərəflərin yaxşı nəticə üzərində işlədiyini görməyimiz vacibdir”, - dövlət departamentinin nümayəndəsi qeyd edib.
Mənbə:> Oxu.Az