Zakir Həsənov: Düşmənə daha ağır zərbə vurulacaq » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial

Zakir Həsənov: Düşmənə daha ağır zərbə vurulacaq

Zakir Həsənov: Düşmənə daha ağır zərbə vurulacaq

Tarix boyu Ermənistan Azərbaycan xalqına düşmənçilik mövqeyindən çıxış edib, yüzilliklər boyu bunu nümayiş etdirib.

Oxu.Az xəbər verir ki, bu sözləri Azərbaycanın müdafiə naziri Zakir Həsənov Qəbələdə Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin üçtərəfli görüşünün yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

Nazirin sözlərinə görə, Azərbaycan ordusu cəbhədə erməni təxribatlarının qarşısını alır və gələcəkdə də alacaq.

“Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan sülh tərəfdaşıdır və məsələni sülh yolu ilə həll etmək istəyir. Lakin son illər göstərir ki, beynəlxalq qərarların (Ermənistanın işğalçılıq siyasətinə son qoyması ilə bağlı – red.) həyata keçirilməsində böyük problemlər var. Ona görə də, biz güclü olmalı, ordumuzu gücləndirməliiyk. Silahlı Qüvvələrimiz yüksək döyüş hazırlığına malikdir və bu gün prezidentin orduda həyata keçirdiyi islahatlar öz bəhrəsini verir. Azərbaycan ordusu qarşısında duran vəzifələrini yerinə yetirməyə qadirdir və hazırdır”, - deyə, nazir bildirib.

Ermənistan qoşunlarının mülki əhalini atəşə tutması ilə bağlı sualı cavablandıran nazir bildirib ki, gələcəkdə də bu təxribatların qarşısı alınacaq və düşmənə daha ağır zərbə vurulacaq:

“Son təxribatlar onlara çox baha başa gəldi, həm canlı qüvvə, həm də texnika baxımından çoxsaylı itki verdilər. Bu gün Prezident və Azərbaycan xalqı Silahlı Qüvvələrinin fəaliyyətini yüksək qiymətləndirir. Ordunun şəxsi heyəti bu dəstəyi hiss edir”.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *