Conson: “AB Hitlerlə Napoleonun xələfidir”
Avropa Birliyi Hitlerin və Napoleonun vahid Avropa siyasətini davam etdirir.
Axar.az xəbər verir ki, bunu “Teleqraf” qəzetinə müsahibəsində Londonun eks-meri Boris Conson söyləyib. Onun sözlərinə görə, bu istiqamətdə Brüssellə Hitlerin istifadə etdiyi metodlar da bir-birindən fərqlənmir:
“Avropa Birliyi ona üzv ölkələr arasında gərginliyi artırdı. Nəticədə Almaniyanın buradakı hakimiyyəti gücləndi. Onlar İtaliya iqtisadiyyatını nəzarət altına aldılar, Yunanıstanı isə məhv etdilər”.
Mənbə:> Axar.az