Türkiyə Azərbaycanın istədiyi silahlarla bağlı qərar verdi
Türkiyənin Maşın və Kimya Sənayesi Qurumu (MKEK) tərəfindən istehsal edilən milli piyada tüfəngi MPT-76-nın istehsalına başlanıb. ANS PRESS-in məlumatına görə, MPT-76 "G-3 kimi təsirli, Kalaşnikov avtomatı kimi etibarlı, M-16 kimi praktik sayılır.
Türkiyənin ilk milli hərbi MPT-76-nın seriya istehsalına MKEK Kırıkkale Silah Zavodunda başlanıb. 4 kilo 180 qram ağırlığında olan silahın təsirli atış məsafəsi 600 metr, dəqiqədəki atəş sayı 700 mərmi və güllənin ilk sürəti saniyədə 800 metrdir.
Teleskopik qundağa malik silahın, lülə boyu 406 millimetr. Çəngəl ayağı eyni zamanda əl dayanacaq yeri olan silaha gecə görünüş durbini kimi hər cür cihaz taxmaq olar. Silah aksessuarları ilə birgə 413 hissədən ibarətdir. MPT-76 tüfəngi G-3 piyada tüfənglərinin əvəzlənməsi üçün yaradılıb və 200 ədədlik ilk partiyası 2014-cü ilin may ayında Türkiyə Quru Qoşunlarına təhvil verilib.
Türkiyə istehsalı olan MPT-76 tüfəngi
Türkiyənin Milli piyada tüfənginə maraq olduqca böyükdür. Azərbaycan öz ordusunu bu silahlarla təchiz etmək istəyir . Tüfəngə Azərbaycandan başqa ABŞ, Çili kimi ölkələrdən tələb var.
Bu il mart ayında Tekirdağda keçirilən sərgidə silahlarını nümayiş etdirən silah fabrikinin istehsal rəhbəri M.Dəmirəl ən böyük marağı yeni MPT-76 ilə snayper olan "Bora 12"nin gördüğünü söyləyib. Onun sözlərinə görə, tüfəngə bir çox ölkələrdən çiddi maraq var.
“MPT-76-ya böyük tələb var. Ən böyük tələb ABŞ-dandır. Bununla yanaşı, Azərbaycan öz ordusunu bu silahlarla təchiz etmək istəyir. Təbii ki, bizim quruluş fəlsəfəmiz Mustafa Kamal Atatürkün qoyduğu fəsləsəfədir. Öncəliyimiz hər zaman Türkiyə Silahlı Qüvvələridir (TSK). İlk olaraq TSK-nı bu silahla təmin edəcəyik, daha sonra ixrac edəcəyik”, - deyə o bildirib.
Mənbə:> ANSPRESS