Deputat: Qarabağ erməniləri bizim vətəndaşlarımızdır » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ, Sosial

Deputat: Qarabağ erməniləri bizim vətəndaşlarımızdır

Deputat: Qarabağ erməniləri bizim vətəndaşlarımızdır


Status-kvonun dəyişməli olduğu barədə həmsədrlərin bəyanatından sonra vəziyyətin dəyişəcəyini gözləmək olardı. Amma Ermənistanın danışıqlar prosesinin uzadılmasına, status-kvonun saxlanılmasına çalışdığını gördük. Ermənistanın beynəlxalq havadarları da ona bu istiqamətdə kömək edirlər.

AzNews.info-nun APA-ya istinadən verdiyi məlumatına görə, bunu Milli Məclisdə “Təmas xəttində son hadisələr: Beynəlxalq humanitar hüququn problemləri” mövzusunda keçirilən dinləmələr zamanı Milli Məclisin sədr müavini Bahar Muradova deyib.

B. Muradova bildirib ki, artıq beynəlxalq ictimaiyyət münaqişənin ciddi təhlükə törətdiyinin fərqindədir.

“Münaqişənin həlli ilə bağlı səylərin artdığı bir məqamda Ermənistanın təmas xəttində törətdiyi təxribat hər kəsə məlumdur. 2014-cü ildən bu yana Azərbaycanı və bizi dəstəkləyən region ölkələrini təxribata çəkmək istiqamətində addımlar atılır. Azərbaycan ərazisində Ermənistanın hərbi kontingentinin iştirakı ilə təlimlər keçirilir, işğal altındakı ərazilərdə mədəni abidələr məhv edilir, “Dağlıq Qarabağ Respublikası”nın tanıtdırılması istiqamətində səylər göstərilir. Aprelin ayının 2-dən başlayan son hadisələr, Ermənistan silahlı bölmələrinin təxribatları nəticəsində insanlar həlak oldu, ekologiya, ətraf mühit üçün zərərli sayılacaq hadisələr baş verdi.

Azərbaycan ordusunun bölmələri bu hücumların qarşısını almaq üçün əks-hücuma keçdi, bir sıra yüksəkliklər geri alındı. Ermənistan ordusu və onların yaratdığı istehkamların keçilməz olduğu barədə miflər dağıldı. Ermənistanın təcavüzkar rəhbərliyi üçün də arzuedilməz proseslər başlayıb. Dağlıq Qarabağda artıq əhali arasında münaqişənin lazım olmadığı haqda fikirlər səslənir. Bu münaqişəni başlatmaqla Ermənistan Dağlıq Qarabağdakı əhali üçün problemlər yaradıb, onların gələcəyə ümidi qalmayıb. Vəziyyətin bu şəkildə davam etməsi mümkün deyil”, - deyə B.Muradova bildirib.

B. Muradova Dağlıq Qarabağdakı ermənilərin Azərbaycan vətəndaşı olduğunu vurğulayıb.

“Biz o vətəndaşların da problemlərini həll etməliyik, qaçqın və məcburi köçkünləri öz yerlərinə qaytarmalıyıq. Aprel hadisələri zamanı Azərbaycanın buna daha çox imkanı olduğu üzə çıxdı. Azərbaycan göstərdi ki, bu vəziyyətlə uzun müddət barışmayacaq”, - deyə B.Muradova qeyd edib.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *