Kimyəvi silahlardan istifadəyə görə ermənilərə cinayət işi açıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi, Kriminal

Kimyəvi silahlardan istifadəyə görə ermənilərə cinayət işi açıldı

Kimyəvi silahlardan istifadəyə görə ermənilərə cinayət işi açıldı


Ermənilərin mülki əhaliyə qarşı kimyəvi silahlardan istifadə etməsi faktına görə cinayət işi başlanıb.

Respublika Hərbi Prokurorluğunun Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, xəbər verildiyi kimi Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Tərtər rayonunun cəbhəyanı Əskipara kəndi ərazisində Ermənistan ordusunun atdığı partlamamış kimyəvi tərkibli top mərmisi aşkarlanıb və 11 may 2016-cı ildə Agentliyin mütəxəssisləri tərəfindən müvafiq təhlükəsizlik qaydalarına riayət edilməklə partladılaraq məhv edilib.

Respublika Hərbi Prokurorluğunun xüsusi istintaq şöbəsinin əməkdaşları Ermənistan silahlı qüvvələrinin kimyəvi tərkibli top mərmisi atdığı əraziyə baxış keçirib.

İlkin araşdırma zamanı müəyyən edilib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın yaşayış məntəqələrinə və mülki əhalisinə qarşı törətdiyi təxribatlar zamanı Tərtər rayonunun cəbhəyanı Əskipara kəndində aşkarlanan partlamamış mərmi hərbi sursat növünə aid, daxilində 3,6 kiloqram P-4 (ağ fosforun kimyəvi kodu) kimyəvi tərkibli olan D-4 (tüstülü mərmi) tipli 122 millimetrlik top mərmisidir.

Bu tip kimyəvi tərkibli mərmilərdən istifadə etməklə Ermənistan silahlı qüvvələri 1949-cu il müharibə qurbanlarının qorunması haqqında Cenevrə Konvensiyasını və həmin Konvensiyaya 1977-ci ildə qəbul edilmiş əlavə protokolları, "Adi silahların konkret növləri haqqında konvensiya"nın III (1980), eləcə də kimyəvi silahların istehsalı və tətbiqinin qadağan olunmasına dair BMT-nin 30 noyabr 1992-ci il tarixli Konvensiyasının müddəalarını kobud şəkildə pozub.

Beynəlxalq humanitar hüquq normalarında təsbit edilmiş qaydalara məhəl qoymayan erməni silahlı bölmələri bu tip mərmilərdən təkcə Azərbaycan Silahlı Qüvvələrinin mövqelərini atəşə tutduqları zaman deyil, həmçinin yaşayış məntəqələrinə və mülki əhaliyə qarşı da istifadə edir.

Ermənistan hərbi birləşmələrinin qadağan olunmuş mərmilərdən istifadə etməsi faktına görə Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda Azərbaycan Respublikası CM-nin 29,120.2.7 (iki və daha çox şəxsi öldürməyə cəhd etmə), 29,120.2.12 (milli, irqi, dini ədavət və düşmənçilik niyyəti ilə adam öldürməyə cəhd etmə) və 116.0.16-cı (Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrlə qadağan edilmiş silahları, müharibə vasitələrini və üsullarını silahlı münaqişələrdə tətbiq etmə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda Respublika Hərbi Prokurorluğunda iş üzrə ibtidai araşdırma davam etdirilir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *