Ermənistan ordusu Qarabağda erməni əhaliyə qarşı cəza tədbirlərinə başlayıb » AzNews.info -Xəbər portalı

Ermənistan ordusu Qarabağda erməni əhaliyə qarşı cəza tədbirlərinə başlayıb

Ermənistan ordusu Qarabağda erməni əhaliyə qarşı cəza tədbirlərinə başlayıb

Mətbuatı dəqiq araşdırdıqda görmək olur ki, dörd günlük aprel döyüşləri zamanı Ağdərənin Talış kəndində qətlə yetirilmiş Qaqik Xalapyanın valideynləri onun azərbaycanlılar tərəfindən öldürüldüyünə inanmırlar.

1990-cı illərin əvvəlində 12 yaşı olarkən ilk dəfə Azərbaycan ordusunun döyüşlərinin şahidi olmuş Qaqik Xalapyan "Radio France İnternationale"nin (RFI), yəni "Beynəlxalq Fransa radiosu"nun əməkdaşı Yelena Qabrielyanla söhbətində 25 illik təcrübəsindən danışıb: "Burada həmişə atəş açıblar, amma postlarda. Əsgərlər ölürdü. Uşaqlarıma həmişə deyirdim ki, "o tərəfdə bizim qonşularımız azərbaycanlılar yaşayır, onlar dinc sakinlərə toxunmurlar". Evimizin qapısı həmişə açıq olardı, sənədlərimiz birbaşa evin qarşısında saxladığım maşında olurdu. Mənim heç ağlıma gəlmirdi ki, bu, baş verə bilər".

Buna görə də, Qaqik Xalapyan müharibə illərində heç nədən qorxmadan 6 uşaq böyüdüb. Aprel döyüşləri günlərində o, atışma başlayarkən uşaqlarını və arvadını daha təhlükəsiz yerə keçirmək üçün kənddən çıxıb. Geri qayıdarkən onu erməni hərbçilər kəndə buraxmayıblar ki, təhdükəlidir. Amma o, icazə gözləmədən aprelin 3-də evlərinə qayıdıb və valideynlərinin meyitini tapıb.

Ermənistan tərəfi iddia edir ki, Xalapyanlar ailəsinin üzvlərini azərbaycanlılar öldürüb. Amma mətbuatda yayılmış şəkillərindən görünür ki, Qaqik Xalapyanın atası Valera və anası Razmella, həmçinin qohumu Marusya heç bir qorxu və həyəcan olmayan şəraitdə öldürülüblər. Yəni Valera kresloda oturmuş və Marusya divanda uzanmış şəraitdə otağın içindən vurulublar. Atəş anında Razmella mətbəxdən otağa keçirmiş. Yəqin ki, atəş açanlar onların yaxın tanışları, yaxud kəndin üstündəki postlardan geri çəkilən erməni əsgərlər olub ki, ailə üzvləri özlərini heç bir təlaş olmadan sakit vəziyyətdə aparıblar...

Yəqin ki, evə azərbaycanlı döyüşçülər girsə idi, ailə bu qədər sakit ola bilməzdi, hər halda, müharibə gedir. Azərbaycan Müdafiə Nazirliyinin məlumatlarından görünür ki, həmin günlərdə Talış kəndi heç vaxt Azərbaycan ordusunun nəzarətinə keçməyib, sadəcə kəndin yaxınlığında olan mövqelər nəzarətə götürülüb.

Azərbaycan Müdafiə Nazirliyinin sabiq əməkdaşı, polkovnik-leytenant Üzeyir Cəfərov müsahibəsində mülki əhalinin kəndi tərk etməsi üçün Azərbaycan ordusunun artileriya zərbələrini müəyyən qədər səngitdiyini bildirib: “Döyüşə rəhbərlik edən zabitlər bildirir ki, mövqeləri itirən erməni əsgərlər kəndə doğru geri çəkilən zaman mülki əhalinin kənddən çıxmasına imkan yaradılıb. Buna görə, mülki sakinlər arasında itki çox az olub. Böyük ehtimalla, Xalapyan ailəsini geri çəkilən erməni əsgərləri qətlə yetiriblər. Ağır yük saydıqları yaşlı adamlardan bu yolla “xilas olublar”. Bəlkə də, şəxsi intiqam məsələsi olub, heç nə bilinmir”.

Xalapyanlar ailəsinin üzvlərinə verilmiş işgəncələrin izləri də bunun erməni cəza dəstələri tərəfindən həyata keçirildiyini ortaya çıxarır. Qətl zamanı Razmella Xalapyanın qulağı kəsilib ki, bu, 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Xocalıda erməni silahlı birləşmələri tərəfindən həyata keçirilmiş yüzlərlə qətlə bənzəyir.

Xocalıda həyata keçirilmiş soyqırım nəticəsində 613 nəfər dinc sakin öldürülmüş və 487 nəfər dinc sakin ağır yaralanmışdı. İndiki Ermənistan prezidenti Serj Sarkisyan 2000-ci ildə müdafiə naziri olan zaman britaniyalı jurnalist Tom de Vaala verdiyi müsahibəsində Xocalıda mülki əhalini qırdıqlarını və bununla qorxu yaratmaq istədiklərini etiraf etmişdi.

Azərbaycan əsgəri isə dinc əhaliyə qarşı heç zaman bu cür davrana bilməz, çünki aldığı mənəvi tərbiyə buna yol vermir.

“Karvan” jurnalının redaktoru. ilahiyyatçı İsmayıl Əhmədov ANS PRESS-ə müsahibəsində azərbaycanlıların bu psixologiyasının kökündə İslam dəyərlərinin, xüsusilə də peyğəmbər Məhəmməd əleyhissalamın tövsiyələrinin dayandığını bildirib: “İslamda müharibə şəraiti üçün humanist qanunlar mövcuddur. Düşmənlə həddi aşmadan mübarizə aparmaq, ərazidən uzaqlaşdırdıqdan sonra işğalçılığa yol verməmək buyurulur. Əsir düşən əsgər və mülki insanlara qarşı sərt davranmamaq, onları öldürməmək və müəyyən şərtlər əsasında azad etmək kimi qayda-qanunlar tətbiq olunur. Qadınların, uşaqların, xəstələrin və qocaların öldürülməsi yolverilməzdir. Müharibə zamanı ağacların kəsilməsinə, yandırılmasına, suyun zəhərlənməsinə, heyvanların öldürülməsinə və buna bənzər hallara icazə verilmir”.

Təbii ki, müharibə şəraitində dinc əhalinin maksimum qorunması və döyüş bölgəsindən çıxarılması da vacibdir. Amma Yelena Qabrielyanın RFI-də yazdıqlarından belə görünür ki, Ermənistan ordusu hazırda dinc əhalinin işğal zonasını tərk etməsinə icazə vermir. Hətta Ermənistanın Abovyan rayonundan Azərbaycanın işğal edilmiş Cəbrayıl rayonuna yaralı əsgər oğlunu görməyə gəlmiş 50 yaşlı Ermənistan sakinini də geri buraxmayıblar. Ona deyiblər ki, müharibə şəraitində lazım ola bilər. 50 yaşlı kişini məcburi şəkildə Azərbaycanın Xocavənd rayonuna qeydiyyata salıblar. Əri Qarabağda girov saxlanan Araksiya RFI-yə müsahibəsində özünün də ərinin və oğlunun yanına getməkdən başqa yolunun qalmadığını bildirib.

Yelena Qabrielyanın məqalələrindən belə görünür ki, Ermənistan faşist Almaniyasının İkinci Dünya müharibəsindən sonra Rusiyada həyata keçirmək istədiyi məskunlaşma siyasətini Qarabağda təkrarlayır. Faşistlər rusları Şərqi Avropadan Sibirə köçürüb ərazilərini alman əsgərlər arasında bölmək istəyirdilər.

RFI-yə müsahibə verən 54 yaşlı Vahan Qarabağa 1990-cı ildə döyüşmək üçün Kirovakandan (indiki Vanadzor) gəldiyini bildirib. Ermənistan ordusu bunun əvəzində ona Ağdamda 2 hektar torpaq bağışlayıb. Vahanın RFI-yə dedikləri alman faşizminin şüarlarından heç nə ilə fərqlənməyib: “Mən bu torpaqların nə vaxtsa Azərbaycana qaytarılacağını təsəvvür edə bilmirəm. Biz buna görə qan tökmüşük”.

Şərhə ehtiyac yoxdur. Azərbaycan torpaqları yeni bir xaç, daha doğrusu, faşist yürüşünün hədəfindədir. Bu yürüş yalnız qaçqın düşmüş 1 milyon azərbaycanlını deyil, həm də Ermənistanın 3 milyon mülki vətəndaşını qurbana çevirib. XI əsrdə səlcuq atalarımız önə çıxaraq Yaxın Şərqi, o cümlədən regionda yaşayan xristianları xaç yürüşlərindən xilas etdiyi kimi Azərbaycan ordusu da Cənubi Qafqazı erməni faşizmindən xilas etməlidir. Azərbaycan ordusu bu şərin kökünü kəsən gün bütün bəşəriyyətin alqışını qzanacaq.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *