Azərbaycanlıların 96,8%-i İlham Əliyevə inanır – SORĞU
1200 nəfər arasında sorğu keçirib.
“AJF & Assoşieyts” şirkəti bu il aprelin 23-dən 29-dək Azərbaycanda səsvermə yaşına çatmış 1200 nəfər arasında sorğu keçirib.
APA-nın xəbərinə görə, sorğu zamanı respondentlərə təmas xəttində yaranmış gərginlik, ölkənin hazırkı vəziyyəti, ölkə prezidentinin fəaliyyəti ilə bağlı suallar ünvanlanıb.
Sorğuda soruşulan sual və cavabları təqdim edirik:
- “Bu gün ölkəmizin üzləşdiyi ən mühüm məsələ hansıdır?” və “Bu gün sizin və ailənizin üzləşdiyi ən mühüm məsələ hansıdır?”
- “Azərbaycanın prezidentinə etibar edirsinizmi?”
- “Prezident İlham Əliyevin işini necə qiymətləndirirsiniz?”
- “Ölkə rəhbərliyi ölkəni Ermənistan təcavüzkarlarından qoruyur”
- “Azərbaycan hökumətinin Azərbaycanın Dağlıq Qarabağ və işğal edilmiş digər ərazilərində Ermənistan tərəfinin təxribatlarına verdiyi hərbi cavabın səmərəliliyini necə qiymətləndirirsiniz?”
- “Azərbaycanın işğal edilmiş ərazilərində baş vermiş son hadisələr sizi Azərbaycana münasibətdə daha çox yaxud daha az vətənpərvər etdi?”
- “Ölkəni Ermənistanın işğalından qorumaq məqsədilə bütün vasitələrdən, o cümlədən hərbi yoldan istifadə edilməsini dəstəkləyirsinizmi?”
- “Prezidentin və Azərbaycan hökumətinin apardığı xarici siyasəti səmərəli hesab edirsinizmi?”
- “Ölkədə həyata keçirilən iqtisadi islahatların dünya iqtisadi böhranının Azərbaycana təsirinin azalmasına gətirib çıxaracağına inanırsınızmı?”
- “Azərbaycanda sosial sabitlik səviyyəsini necə qiymətləndirirsiniz?”
- “Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirləri necə qiymətləndirirsiniz?”
Mənbə:> APA