Rus ekspert: “İrəvan Qarabağın müstəqilliyini tanısa...” » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ

Rus ekspert: “İrəvan Qarabağın müstəqilliyini tanısa...”

Rus ekspert: “İrəvan Qarabağın müstəqilliyini tanısa...”


Ermənistan Dağlıq Qarabağın müstəqilliyinin tanınması ilə bağlı qərar qəbul etməyəcək.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı politoloq Andrey Yepifançev yazıb. Onun sözlərinə görə, İrəvan nə qədər güclü, təhdidedici bəyanatlar səsləndirsə də, Qarabağla bağlı heç bir qərar verməyəcək:

“Səbəb sadədir. Ermənistanın danışıqlar masasında mövqeləri aprel ayından sonra xeyli pisləşdi. Hətta 20 il ərzində İrəvan və Stepanakertin (Xankəndi – red.) xeyrinə işləyən paradiqmanın dağıldığını da deyə bilərik. Xalq və elita açıq-aşkar həyəcanlanıb, amma buna rəğmən, hər kəs fərqli davranış tərzi nümayiş etdirir. Elitanın bir hissəsi anlayır ki, ölkənin mövqeləri qəflətən zəifləyib, amma onlar nə edəcəklərini bilmirlər. Əsas xalq kütləsi isə bunu görməyib, ona sırınan illüziyalarla - Ermənistanın Dağlıq Qarabağ problemi ilə təkbaşına bacaracağına inamla yaşayır və buna uyğun olaraq təzyiq və təhdidi gücləndirir. Onlar anlamırlar ki, hazırkı şəraitdə bu təhdidlərin arxasında real güc yoxdur və onların reallaşdırılması özüylə daha çox bəla gətirəcək.

Bu cür əhval-ruhiyyə müəyyən mənada vəziyyəti anlayan elita üçün də sərfəlidir. Qeyr-müəyyənlik dövrü ona imkan verir ki, Bakıdan öncə Minsk Qrupunun iştirakçılarını təhdid etməyə və onlara Ermənistan tərəfindən Dağlıq Qarabağ məsələsində heç bir kompromisin olmayacağını göstərməyə çalışırlar. Bu onların əllərində saxladıqları yaxşı kozırdır, amma onun reallaşmasına imkan verməyəcəklər. Ona görə də tanınmaqla bağlı qaldırılan məsələni İrəvan dəstəkləyəcək, amma onun tanınmasına imkan verməyəcək. Reallıqda isə əminəm ki, vəziyyəti başa düşən elita hədələyici görünüş sərgiləməklə, özünün daxildən və xaricdən Dağlıq Qarabağla bağlı mövqelərində yeni məhdudiyyətlərin formalaşması üçün gərgin konsultasiyalar aparır. İrəvan danışıqların yeni raunduna hazırlaşır. Mənim fikrimcə isə, bu bir aydan gec olmayaraq başlayacaq.

Üstəlik, Ermənistan özünün daha bir problemlə necə davranacağını anlamalıdır. İrəvan getdikcə Ukraynaya bənzəyir və onun Kiyev kimi çətinlikləri yaranır. Xalqda Qarabağ məsələsində amansız mövqenin formalaşmasında elitanın özünün də rolu olub, amma indi situasiya onu güzəştlərə getməyə məcbur etsə, xalq bunu qəbul etməyəcək və onun özünü devirəcək”.

Mənbə: Axar.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *