NATO Baş katibi Rusiyaya qarşı nüvə silahının istifadəsindən danışdı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Hərbi

NATO Baş katibi Rusiyaya qarşı nüvə silahının istifadəsindən danışdı

NATO Baş katibi Rusiyaya qarşı nüvə silahının istifadəsindən danışdı


NATO ölkələri Rusiya ilə hər hansı qarşıdurma və yeni “soyuq” müharibə istəmir. ANS PRESS-in məlumatına görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq bəyan edib.

“Biz Rusiya ilə münaqişə axtarmırıq. “Soyuq” müharibə istəmirik. Biz silah yarışı istəmirik”, - Stoltenberq “Welt” nəşrinə müsahibəsində deyib. O bildirib ki, hazırda Polşa və Baltikyanı ölkələrində görülən işlər əsla hərbi qüvvələrin sayının artırılması ilə bağlı deyil.

“Biz həmçinin Rusiyanin hər hansı NATO-ya üzv ölkəyə hücüm etmək niyyətində olduğunu da görmürük. Siyasi dialoq üçün aramızda diplomatik kanalların açıq olması olduqca vacibdir. Kiməsə qarşı nüvə silahından istifadə etməkdən də söhbət ola bilməz. Lakin hələ ki dünyada bu silah mövcuddur, NATO nüvə Alyansı olaraq qalacaq”, - NATO baş katibi bildirib.

Bu ilin fevral ayında Stoltenberq bəyan edib ki, NATO üzvü olan 28 ölkənin müdafiə nazirləri Brüssel görüşündə Avropanın, Aralıq dənizi və Qara dənizin şərqində Alyansın hərbi varlığının daha da gücləndirilməsi ilə bağlı təklifi təsdiq ediblər.

Aprelin 20-də Brüsseldə səfirlər səviyyəsində son iki ildə ilk dəfə olaraq Rusiya-NATO Şurasının iclası keçirilib.

Bir neçə gün əvvəl Rusiyanın xarici işlər naziri NATO-ya xəbərdarlıq edib. O bildirib ki, əgər NATO öz infrastrukturunu Rusiya sərhədlərinə doğru yaxınlaşdırmağa davam edərsə, Rusiya dərhal hərbi-taktiki tədbirlər görəcək.

"Biz həmişə xəbərdarlıq etmişik ki, Alyansın şərqə doğru mütəmadi yaxınlaşması təhlükəlidir. Başa düşmək lazımdır ki, NATO-nun hərbi infrastrukturu Rusiya sərhədlərinə tərəf yaxınlaşarsa, biz təbii ki, hərbi-texniki cavab tədbirləri görməyə başlayacağıq. Necə deyərlər, "şəxsi heç nə yoxdur, bu, təmiz biznesdir". Hər bir ölkənin özünü qorumaq haqqı var", - Lavrov deyib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *