“Tariximizi illərcə ingilislərin istədiyi kimi yazdıq”
Təəssüf ki, biz əsil tariximizi ingilislərin istədiyi kimi yazmışıq.
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda çıxışı zamanı deyib. O, Türkiyə, Osmanlı tarixinin nə qədər zəngin olmasından danışıb:
“Birinci Dünya müharibəsində bütün dünya bizim mübarizəmizi heyrətlə izlədi. Osmanlı ordusu təslim olmamışdı. Biz döyüşdə qalib gəldik, danışıqlar masasında, diplomatiyada isə uduzduq. Məhz diplomatiyada, siyasətdə zəifliyimiz bizim üçün bəla oldu.
Bu millətin zəngin tarixi nəinki kitablara, heç kitabxanalara da sığmaz. Amma biz nə etmişik? Öz tariximizin üzərinə qara bir örtük çəkmişik. Öz tariximizi yerin dibinə basdırmağa çalışmışıq”.
Mənbə:> Axar.az