"Düşmənin ön xətdə yerləşən bütün atəş nöqtələri susdurulacaq" » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ, Hərbi

"Düşmənin ön xətdə yerləşən bütün atəş nöqtələri susdurulacaq" – Müdafiə Nazirliyindən son açıqlama

"Düşmənin ön xətdə yerləşən bütün atəş nöqtələri susdurulacaq"


Hazırda cəbhədə vəziyyət sabitdir. Bunu jurnalistlərə açıqlamasında hazırda Ağdamda olan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı deyib.

Nazirliyin rəsmisi qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə nəzarət edir.

V.Dərgahlı əlavə edib ki, son üç gecə ərzində Ermənistan silahlı bölmələri işğal olunmuş Azərbaycan ərazilərindən təmas xəttində yerləşən yaşayış məntəqələrimizi mütəmadi olaraq atəşə tutublar.

O bildirib ki, ermənilər mülki əhalinin məskunlaşdığı məntəqələri əsasən minaatanlardan, hətta haubitsalardan, eyni vaxtda BM-21 tipli reaktiv yaylım atəşli sistemlərdən atəşə tutublar: "Mülki əhali arasında itki olsun deyə, gecə saatlarında atəşkəsi kobud surətdə pozurlar. Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən ermənilərin bu cür aqressiv addımlarının qarşısının alınması üçün adekvat tədbirlərin görülməsi məqsədilə təmas xəttinə yaxın bölmələrimizə birmənalı şəkildə tapşırıq verilib ki, düşmənin atəş nöqtələri susdurulsun. Bizim məqsədimiz düşmənin atəş nöqtələrinə adekvat cavab zərbələri endirməkdən ibarətdir. Nazirliyin rəhbərliyinin tapşırığına uyğun olaraq silahlı bölmələrimiz düşmənə layiqli cavab zərbələri endirib. Bununla bağlı tədbirlər görülür və düşmənin ön xətdə yerləşən bütün atəş nöqtələri susdurulacaq".

Qeyd edək ki, bu gün Azərbaycanda akkreditasiyadan keçmiş xarici ölkələrin media orqanlarının təmsilçiləri və yerli KİV nümayəndələrindən ibarət bir qrup ermənilərin aprelin 27-dən 28-nə keçən gecə ağır artilleriyalardan atəşə tutduğu Ağdam rayonunun Qaradağlı kəndində olub. Jurnalistlər kənddə ermənilərin ağır artilleriya zərbələrindən dağılmış evlərə baxış keçiriblər. Onlar ziyan çəkən kənd sakinləri ilə də görüşüblər.

Xarici və yerli media nümayəndələrini Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev və Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı müşayiət edib.

Mənbə: ATV.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *