MN: Düşmən birmənalı olaraq mülki əhalini hədəf alıb
Düşmən birmənalı olaraq mülki əhalini hədəf alıb.
AzNews.info xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi açıqlama verib. Açıqlamada bildirilir ki, ermənilər birmənalı olaraq mülki əhalini hədəf alıb. Ötən gün axşam saatlarından başlayaraq gecə saatlarınadək erməni silahlı bölmələri Tərtər və Ağdam rayonları ərazisində yerləşən yaşayış məntəqələrini iriçaplı minaatanlardan, həmçinin D-30 haubitsalarından atəşə tutub. Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin ancaq hərbi obyektlərinə adekvat cavab zərbələri endirib.
Hazırda təmas xəttində vəziyyət stabildir, Silahlı Qüvvələrimiz əməliyyat şəraitinə tam nəzarət edir.
Mənbə:> AzNews.info