Deputatlar Qarabağdakı vəziyyəti müzakirə etdilər » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ

Deputatlar Qarabağdakı vəziyyəti müzakirə etdilər

Deputatlar Qarabağdakı vəziyyəti müzakirə etdilər


Azərbaycan Milli Məclisin iclasında cəbhədə baş verən gərginliklə bağlı müzakirə aparılıb.

AzNews.info APA-ya istinadən xəbər verir ki, deputat Zahid Oruc Ermənistan prezidenti Serj Sarkisyanı istefaya çağırıb.

O bildirib ki, ermənilər dünənə qədər ikinci dövlət qurmağa cəhd edirdilərsə, indi ümumiyyətlə, dövlətçiliklərindən məhrum olmaq üzrədirlər:

“İstədiklərinə nail ola bilməyiblər. Bu illər ərzində onlar demoqrafik baxımdan məhv olublar. İndi də istəyirlər ki, rus generalları gəlib Qarabağda onların əvəzinə dayansın. Axı ruslar nə üçün ermənilərin əvəzinə ölməlidir?!”

Z. Oruc sosial şəbəkə istifadəçilərini diqqətli olmağa çağırıb. O qeyd edib ki, ordu haqqında hər hansı şayiə inzibati yolla cəzalandırılmalıdır.

Fəzail Ağamalı Azərbaycanın mülki əhalisi arasında itkilərin olmasını Ermənistanın azğınlaşmasının nümunəsi kimi xarakterizə edib:

“Azərbaycan beynəlxalq konvensiyalara söykənərək qəti addımlar atmalı, ultimatum verməlidir. Əgər Ermənistan bundan da nəticə çıxarmasa, Azərbaycan ordusu öz sözünü deməli və nəinki Azərbaycan, ümumiyyətlə, region bu üfunətli bəladan birdəfəlik xilas olmalıdır”.

Elşən Musayev deyib ki, xristianlıq faktoru artıq Azərbaycanın əleyhinə işləmir, erməni lobbisi prosesə neytral qalıb və Ermənistan tamamilə təklənib. O, Türkiyənin baş naziri Əhməd Davudoğlunun AŞPA-dakı mövqeyini yüksək qiymətləndirib.

Fazil Mustafa təhsil adı altında bəzi gənclərin xaricə gedib universitetlərdə “baş girlədiyini” söyləyib:

“Türkiyənin bir neçə universitetində 300-dən çox tələbəmiz təhsil alır. Ancaq onların bir çoxu illərlə 5-ci kursu bitirə bilmir. Kimsə soruşmur ki, bala, sən 10 ildir Türkiyədə nə işlə məşğulsan, niyə gəlib orduda xidmət etmirsən? Əsgərlikdən yayınmaq üçün xeyli insan bu üsula əl atıb. Onsuz da bizim universitetlərin xeyli hissəsi bilik yox, diplom verməklə məşğuldur. Elə addımlar atmaq lazımdır ki, bəziləri təhsildən istifadə edərək ordudan yayınmasın”.

Sədr Oqtay Əsədov F. Mustafanın çıxışına müdaxilə edib:

“Mən bilmirəm nə dərəcədə doğrudur, amma aprelin əvvəlində Azərbaycan gəncləri məktublarla müraciət edirdilər ki, orduya yazılmaq istəyirlər”.

Sahib Alıyev erməni canilərinin mülki əhalini atəşə tutması nəticəsində Tərtərdə 256 evin dağıldığını nəzərə çatdırıb:

“Bu, bir kənd deməkdir. Çox təəssüf ki, Minsk Qrupu həmsədrləri olan ölkələr məsələyə seyrçi qalır. Bu, Azərbaycan ordusuna haqq verir ki, genişmiqyaslı hərbi əməliyyatlara başlasın. Amma Azərbaycan daha çox qan tökülməsini istəmir”.

Mili Məclisin sədr müavini Bahar Muradova Azərbaycan xalqının öz ordusuna inamından bəhs edərək bildirib ki, Azərbaycan beynəlxalq təşkilatları və ölkələri onun yanında olmağa yox, ədalətin, beynəlxalq hüququn yanında olmağa çağırmalıdır:

“Biz fəaliyyətimizi genişləndirməliyik, beynəlxalq aləmi informasiya ilə təmin etməliyik”.

B. Muradova hər kəsi ehtiyatlı olmağa da çağırıb:

“Biz razılaşmışdıq ki, cəbhədə baş verənlərlə bağlı yalnız Müdafiə Nazirliyinin məlumatını yayaq”.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *