Şəkillərdə: Cəbhə bölgəsində dağılan evlər – FOTO
Aprelin 28-ə keçən gecə Dağlıq Qarabağda atəşkəsin pozulması nəticəsində cəbhəyanı kəndlərdə bir neçə ev tamamilə dağılıb, bəzilərinə ziyan dəyib.
Ağdamın işğal altında olan kəndlərindən atılan mərmilərdən biri Ağcabədinin Qaraxanlı kəndində evlərdən birinə düşüb və evdə yanğın baş verib.
Hadisə baş verməzdən 10 dəqiqə əvvəl ev sakinləri, nənə və nəvə evi tərk etdiklərinə görə heç kim xəsarət almayıb.
Atılan mərmilərdən biri həmin kənddə yerləşən daha bir kəndlinin tövləsini dağıdıb, toyuq-cücə məhv olub.
Tərtər rayonu Həsənqaya kəndində Kəlbəcərdən olan məcburi köçkün Kamandar Həsənovun evi atılmış qrad mərmisindən tamamilə dağılıb, kənd icra nümayəndəsi İlqar Qasımov BBC Azərbaycancaya deyib.
Onun sözlərinə görə, Kamandar Həsənovun qızı, 16 yaşlı Türanə Həsənova, bu ilin apel ayının 5-də top mərmisinin atılması nəticəsində başından aldığı xəsarətdən dünyasını dəyişib.
Atılan mərmi nəticəsində kənddə yerləşən daha 6 evə ziyan dəyib, bir kəndlinin qoyunları tələf olub.
Mənbə:> BBC Azərbaycanca