"Ermənistan Azərbaycandan böyük hücum olmayacağına ümid edir" – FOTO
"Sosial medianı araşdıran zaman görmək olar ki, bu yaxınlarda baş vermiş döyüşlər azərbaycanlıları çox ruhlandırıb."
ANS PRESS-in məlumatına görə, bu barədə Amerikanın «The Washington Post» qəzetində jurnalist Devid İqnatiusun yazdığı məqaləsində bildirilir.
"Ermənilər isə özlərini təcrid olunmuş sayırlar və bir nəfər keçmiş sülh müdafiəçisinin mənə yazdığı kimi, getdikcə daha çox davam edən müharibə şəraitində yaşamaları hissi ilə barışırlar",- deyə jurnalist davam edir.
Devid İqnatius Dağlıq Qarabağa aprelin 24-də səfər etdiyi İrəvandan gedib. İrəvanda o, Serj Sarkisyanın uydurma soyqırımla bağlı təşkil etidyi «beynəlxalq» forumun iki xarici qonağında biri idi. İkinci qonaq isə aktyor Corc Kluni olub. Ermənilər Devid İqnatiusla çox qılıqlı danışıb, beynəlxalq forumda onu səhnədə Serj Sarkisyan və katolikos Qareginlə yanaşı əyləşdiriblər. Erməni mənbələri hətta onun erməni mənşəli ABŞ siyasətçisi Pol Robert İqnatiusun (Pol İqnatosyanın) oğlu olduğunu iddia edirlər. Amma buna baxmayaraq «The Washington Post» gizli reklam qarşılığında yazılmış məqalədə nisbətən obyektiv olmağa çalışıb.
Dağlıq Qarabağa səfəri zamanı jurnalist ermənilərə xoş gəlmək üçün münaqişənin tarixi barədə susmağa çalışsa da, ermənilərin çoxluq təşkil elədiyi bu vilayətin iki illik müharibə nəticəsində zor gücünə Azərbaycanla əlaqələrini kəsdiyini vurğulayıb: «Azərbaycan sərhədləri daxilində olan bu torpağı geri qaytarmaq istəyir; ermənilər isə ayrılmağı təkid edirlər».
Devid İqnatius açıq mətnlə deməsə də, Qarabağı işğal etmiş Ermənistanın ordusunun zəif olduğunu vurğulayıb: «Azərbaycan öz ordusunu Rusiya tankları, İsrail dronları və Türkiyə raketləri ilə gücləndirib. Ermənistan tərəfi isə Rusiya ilə «strateji alyans»a arxayınlaşaraq Azərbaycan tərəfindən böyük hücum olmayacağına ümid edirdilər».
Məqalədə Ermənistan ordusunun işğal edilmiş ərazilər üzrə rəhbəri Levon Mnasakanyanın dili ilə Azərbaycan ordusunun uğur qazandığı bildirilir: "Taktiki baxımdan, bəlkə də, onlar müəyyən uğurlara imza atdılar"
Mnasakanyan dolayısı Ermənistanın SSRİ-nin dağılması zamanı yaranmış qarışıqlıqdan istifadə edərək işğal etdiyi əraziləri Rusiyanın yardımı ilə əldə saxlamağa ümid etdikləri bildirib. Amma bu zaman da erməni ədəbazlığından əl çəkə bilməyib və işğal etdikləri əraziləri Rusiyanın yardımı olmadan əldə saxlaya biləcəklərini vurğulayıb. Məqalədə Azərbaycanın hücumları məhz Rusiyanın işə qarışmasından sonra dayandırdığı vurğulanır.
Göründüyü kimi, İrəvanın xüsusi ümidlərlə regiona dəvət ediyi, xərc çəkib qonaq etdiyi Devid İqnatius da öz məqaləsində Ermənistanın Rusiyanın müstəmləkəsi olduğunu, məhz Rusiyaya güvənərək beynəlxalq hüququn tanıdığı sərhədləri pozduğunu gizlədə bilmir. Göründüyü kimi, beynəlxalq hüquq Ermənistan rəsmilərinin türkofobiya və neo-faşizmlə zəhərlənmiş zeyhniyyəti tərəfindən qəbul edilmir.
Bu zehniyyət Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış oyuncaq rejimin mətbuat katibi David Babayanın BMT-nin Bakıda keçirilmiş forumu barədə bu gün səsləndirdiyi açıqlamada daha aydın nümayiş etdirilir. Babayan İspaniya, Fransa, Böyük Britaniya kimi demokratik ölkələrin təmsilçilərinin Azərbaycanı niyə tolerant ölkə adlandırmasını anlaya bilmədiyini deyir. Yəqin ki, anlasa idi, indi o da azərbaycanlılarla yanaşı Bakıdakı forumun ev sahibləri sırasında idi. Yəni qərblilərin yağdırdığı tərifdən bir parça da ona pay düşərdi. Nə isə, Allah hidayət versin…
Mənbə:> ANSPRESS