İrəvanın böyük partlayış günü » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ

İrəvanın böyük partlayış günü

İrəvanın böyük partlayış günü


2015-ci ilin yanvarının son günlərində Ermənistan ermənilərinin Qarabağ ermənilərinə münasibətinin dəyişməsinin təməli qoyuldu.

ANS PRESS-in məlumatına görə, bu fikir erməni şərhçi Naira Hayrumyanın bu gün yazdığı məqalədə vurğulanır. Yanvarın sonunda İrəvandan Dağlıq Qarabağa yüşüş edən “Müəssislər parlamenti” təşəbbüsünün üzvlərinə Laçında Qarabağ ermənilərinin hücum etməsinə toxunan şərhçi bildirib: "Qarabağ erməniləri göstərdilər ki, özlərini erməni dünyasının bir hissəsi saymırlar".

Hadisə zamanı işğal rejiminin “polis”i, silahlı maskalı adamlar yürüş iştirakçılarına hücum edib. İşğal rejimi onları Azərbaycanın işğal edilmiş ərazilərinə buraxmayıb. Yol snayper nəzarətinə götürülüb və yürüş iştirakçıları geri qaytmayacaqları təqdirdə güllə-boran edilməklə hədələndirilib. Geri dönən yürüş iştirakçılarının avtomobillərinə hücum olub. Hadisə zamanı bir nəfər tutulub və 30 nəfər zərər çəkib.

Naira Hayrumyan yanvar ayının 12-də Gümrü şəhərində Avetisyanlar ailəsinin 7 üzvünün güllələnməsi məsələsinə də toxunub. Ermənilər qətliamın Rusiyanın 102-ci hərbi bazasının əsgəri Valeri Permyakovun həyata keçirdiyini ehtimal edirlər. Buna görə şərhçi yazır ki, yanvarda həm də ermənilərin Qarabağ məsələsində Rusiyaya bağladığı bütün ümidlər yoxa çıxdı.

Hadisə bir sıra erməni politoloqları tərəfindən Xankəndi işğal rejiminin heç zaman müstəqillik qazanacağı barədə bəyanatlara da səbəb oldu.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *