Erməni generalların poqonları “uçdu”
Ermənistan prezidenti Serj Sarkisyanın fərmanı ilə erməni müdafiə nazirinin maddi-texniki təminat üzrə məsul müavini Alik Mirzabekyan işdən çıxarılıb, Oxu.Az lragir-ə istinadən xəbər verir.
Bundan başqa, erməni ordusunun Rabitə xidmətinin rəisi general-mayor Komitas Muradyan və Baş Qərargahın Kəşfiyyat idarəsinin rəisi general-mayor Arşak Karapetyan da işdən çıxarılıb.
Mənbə:> Oxu.Az