Müdafiə Nazirliyi Tərtərdə vurulan erməni tankı haqda məlumat yaydı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ, Hərbi

Müdafiə Nazirliyi Tərtərdə vurulan erməni tankı haqda məlumat yaydı

Müdafiə Nazirliyi Tərtərdə vurulan erməni tankı haqda məlumat yaydı


Azərbaycan Müdafiə Nazirliyi aprelin 25-nə keçən gecə təmas xəttinin Tərtər-Ağdərə istiqamətində erməni tankına qarşı İsrail istehsalı olan “Spike” raketinn “uğursuz tətbiqinə” dair düşmənin yaydığı məlumata münasibət bildirib.

AzNews.info xəbər verir ki, nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı Virtualaz.org-a deyib ki, “Spike” hədəfi 100 faiz dəqiqliklə vuran silahdır və ondan yayınmaq mümkün deyil.

“Görünür ermənilər üçün bu silah çox təəcübləndirici olub, axı onlar heç vaxt belə dəqiq silah görməyiblər. “Spike” raketinin zərbəsindən tankın qülləsinin qopub kənara uçmasını onlar “qeyri-dəqiq zərbə” kimi qiymətləndirirlərsə problem deyil. Ermənilər bizim yüksək dəqiqlikli silahlarımızı hələ bundan sonra izləyəcəklər və hər dəfə təəcüblənəcəklər”-Vaqif Dərgahlı deyib.

Azərbaycan Müdafiə Nazirliyi bildirmişdi ki, aprelin 25-də düşmən Ağdərə istiqamətində tankları döyüş mövqeyinə çıxarıb və mövqelərimizə həmlə etməyə cəhd göstərib. Azərbaycan ordusu cavab atəşi ilə düşmənin bir tankını sıradan çıxarıb, bundan sonra ermənilər mövqelərinə geri çəkiliblər.

Müdafiə Nazirliyi Tərtərdə vurulan erməni tankı haqda məlumat yaydı

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *