Ermənilər dördgünlük savaşın ağrısını bizdən belə çıxdı – FOTO
Aprelin əvvəllərində baş verən dördgünlük savaşda məğlubiyyətlə üzləşən və böyük itki dadan ermənilər Azərbaycan Ordusunun xofundan çıxa bilmirlər.
Axar.az xəbər verir ki, isterik reaksiyalarla Rusiyanı suşlayan, rus ordusuna onların əvəzindən işğal etdikləri Azərbaycan torpaqlarında vuruşmadıqları üçün nifrətlərini ifadə edən və Rusiya bayrağını yandıran ermənilər indi də Azərbaycan bayrağına “hücum” ediblər. Ənənəvi qondarma genosid “ildönümündə” bu dəfə Türkiyə bayrağı ilə bərabər, Azərbaycan bayrağını da yandırıblar. Belə ki, axşam saatlarında İrəvanın Azadlıq meydanında bir qrup erməni Azərbaycan və Türkiyə bayrağını yandırmaqla, dördgünlük savaşın və “erməni soyqırımının” “qisasını” alıblar.
Daha sonra qondarma “erməni soyqırımı” abidəsinin üstünə gedən ermənilər məşhur 24 aprel erməni yalanını qeyd ediblər.
Mənbə:> Axar.az