Ərdoğanın Bakıya gələcəyi tarix açıqlandı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana aprelin 26-də səfər edəcək.
Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti-yə Türkiyə Prezident Administrasiyası Protokol xidmətinin nümayəndəsi məlumat verib.
“Prezident Ərdoğan Bakıya aprelin 26-da BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak üçün səfər edəcək”, — agentliyin sözçüsü bildirib.
Mənbə:> Oxu.Az