Erməni əsgərlərinə qohumlarına zəng etmək qadağan edildi
Ermənistan Müdafiə Nazirliyi hərbi qulluçulara qohumları ilə telefon əlaqəsi saxlamağa qadağa qoyub.
Oxu.Az xəbər verir ki, bu barədə “Sputnik-Armeniya” ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.
“Hərbçilərin qohumları ilə ünsiyyətə məhdudiyyət onların təhlükəsizliyindən irəli gələrək tətbiq edilir. Əmin olun ki, ilk imkanda vətən müdafiəçiləri sizinlə əlaqə saxlayacaq”, - Ermənistanın Müdafiə Nazirliyi məlumat yayıb.
Xatırladaq ki, keçən gecə qoşunların təmas xəttində üç erməni əsgəri Hamlet Xacoyan, Manvel Qriqoryan və Armen Qriqoryan öldürülüb.
Mənbə:> Oxu.Az