Ermənilərin itkiləri artır: Artıq 92 nəfər » AzNews.info -Xəbər portalı

Bölmə: Qarabağ, Hərbi, Sosial

Ermənilərin itkiləri artır: Artıq 92 nəfər – VİDEO + YENİLƏNİB

Ermənilərin itkiləri artır: Artıq 92 nəfər

Ölkənin Müdafiə Nazirliyi məlumat yaydı.

Aprelin 2-5-də atəşkəsin pozulması nəticəsində Azərbaycan əsgərləri tərəfindən zərərsizləşdirilən erməni hərbçilərinin sayı 92 çatıb.

Oxu.Az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir.

Daha öncə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətini rəhbəri Vaqif Dərgahlı Qarabağda hərbi qarşıdurmalar zamanı erməni tərəfindən 200 nəfərdən çox adamın öldüyünü və 500 nəfərdən çox adamın yaralandığını bəyan etmişdi.

12.04.2016 20:02

Aprelin 2-5-də atəşkəsin pozulması nəticəsində Azərbaycan əsgərləri tərəfindən zərərsizləşdirilən erməni hərbçilərinin sayı 75 çatıb.

Oxu.Az PanARMENIAN.Net saytına istinadən xəbər verir ki, hərbi əməliyyatlar zamanı 75 erməni hərbçisi həlak olub, 122 nəfər yaralanıb.

Daha 1 hərbçi itkin düşmüş hesab edilir.

15:04

Cəbhə xəttində gedən döyüşlərdə ölən erməni əsgərlərinin sayı 68-ə çatıb.

Oxu.Az xəbər verir ki, bu barədə öz Facebook səhifəsində Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan məlumat yayıb.

Ölənlərin yeni siyahısında 20 yaşlı çavuş Armen Adreasyan, İrəvandan 21 yaşlı sıravi Artur Aleksanyan, Erebunidən sıravi Gevorq Arutunyan, İrəvandan 19 yaşlı sıravi Tiqran Berakçyan, Şirakdan 23 yaşlı leytenant Aşot Şahbazyan və Çarentsavandan 19 yaşlı çavuş Karen Nersesyanın adı var.

Erməni KİV 62 nəfər həlak olan erməni əsgəri barədə məlumat yayıb.

Beləliklə də atəşkəs əldə edildikdən ölən erməni əsgərlərinin sayı 32-dən 68-ə çatıb.

Daha öncə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətini rəhbəri Vaqif Dərgahlı Qarabağda hərbi qarşıdurmalar zamanı erməni tərəfindən 200 nəfərdən çox adamın öldüyünü və 500 nəfərdən çox adamın yaralandığını bəyan etmişdi.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *