Kurt Tonq Azərbaycana gəlir
ABŞ dövlət katibinin iqtisadi və biznes məsələləri üzrə köməkçisinin məsul müavini Kurt Tonq aprelin 14-15-də Azərbaycana səfər edəcək.
ABŞ-ın Azərbaycandakı səfirliyindən Oxu.Az-a verilən məlumata görə, K.Tonq Dövlət Departamentinin qlobal iqtisadi səylərinə dəstək verərək, tərəfdaşlarla ticarət, maliyyə, telekommunikasiya, nəqliyyat, iqtisadi sanksiyalar, kommersiya imkanları və digər məsələləri müzakirə edəcək.
O, bu vəzifədə 2014-cü ilin iyul ayından çalışır.
K.Tonq səfər çərçivəsində Azərbaycan hökuməti rəsmiləri, Azərbaycan və Amerika biznes nümayəndələri, azərbaycanlı tələbələrlə görüşərək Azərbaycanda iqtisadi vəziyyət, islahatlar və iqtisadiyyatın diversifikasiyası sahəsində aparılan işlərlə tanış olacaq.
O həmçinin ABŞ Azərbaycanın iqtisadi inkişafına dəstəyinin təkmilləşdirilməsi imkanlarını da müzakirə edəcək.
K.Tonq Azərbaycana ilk dəfə səfər edir.
Mənbə:> Oxu.Az