Lavrov kürdlərlə niyə görüşdü?
Rusiya Xarici İşlər naziri Sergey Lavrov Şimali İraq Kürd Regional Rəhbərliyinin nümayəndə heyəti ilə görüşüb.
Axar.az xəbər verir ki, bu barədə Rusiya XİN-i məlumat yayıb.
“Görüş zamanı Yaxın Şərqdəki vəziyyət, İraqda cərəyan edən proseslər və İŞİD-ə qarşı mübarizə yolları müzakirə olunub. Həmçinin kürd muxtariyyətinin indiki mövqeyi də söhbətin əsas müzakirə predmeti olub”, -məlumat bildirilib.
Açıqlamada Rusiya tərəfinin İraqın suverenliyini daim dəstəkliyi də ifadə olunub.
Mənbə:> Axar.az