Azərbaycanlılar Fransada erməni nümayişini dağıdıblar » AzNews.info -Xəbər portalı

Azərbaycanlılar Fransada erməni nümayişini dağıdıblar – FOTO

Azərbaycanlılar Fransada erməni nümayişini dağıdıblar


Aprelin 8-də Strasburqda Azərbaycanın Avropa Şurası yanında daimi nümayəndəliyi qarşısında erməni diaspor təşkilatları Dağlıq Qarabağda son günlərdə baş verən hadisələrlə əlaqədar etiraz aksiyası təşkil ediblər.

Oxu.Az xəbər verir ki, bu barədə haqqin.az-a nümayəndəlikdən bildiriblər.

Azsaylı qrup nümayəndəliyin binasının qarşısında toplaşan erməni manifestçiləri Strasburqda təhsil alan azərbaycanlı tələbələr tərəfindən qarşılanıb. Azərbaycanlı tələbələr erməniləri dalğalanan Azərbaycan bayraqları, eləcə də “Xocalıya ədalət”, “Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə son”, “Biz sülh və ədalət istəyirik”, “Qarabağ bizimdir, bizim olacaq!” şüarları ilə qarşılayıblar.

Amma manifestçiləri daha böyük bir sürpriz gözləyirdi: tədbirin deklarasiyasının oxunuşu zamanı ətrafa “Sarı gəlin” və digər vətənpərvərlik mahnılarının sədası yayılırdı.

Beləliklə, erməni millətçilərinin öz yalançı nitqlərinə diqqət çəkmək cəhdi boşa çıxdı və onlar dağılmağa məcbur olublar.

Azərbaycanlılar Fransada erməni nümayişini dağıdıblar
Azərbaycanlılar Fransada erməni nümayişini dağıdıblar
Azərbaycanlılar Fransada erməni nümayişini dağıdıblar

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *