Obama Administrasiyasına petisiya: Ədalət bərqərar olsun!
Bütün dünya azərbaycanlıları ABŞ prezidenti Barak Obama Administrasiyasına ünvanlanmış petisiyanı kütləvi şəkildə imzalayır.
Oxu.Az xəbər verir ki, “Ədalətin Bərqərar Olunması və Böyük Fəlakətin Qarşısının Alınması naminə” adlı petisiyanın mətnində qeyd edilir:
“AŞPA-nın 2085 (2016) saylı qətnaməsində vurğulanan Azərbaycanın Dağlıq Qarabağ və digər ərazilərinin Ermənistan dövləti tərəfindən işğal edilməsi, Ermənistanın Azərbaycana qarşı qəsdən törətdiyi ekoloji böhranın ekoloji təcavüz olması faktı, Ermənistan silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkilməsi tələbi, Azərbaycanın işğal edilmiş ərazilərində yerləşən Sərsəng su anbarının hazırkı durumunun humanitar fəlakətlə nəticələnə biləcəyi xəbərdarlığı diqqətə çatdırılır.
Administrasiyaya AŞPA-nın 2085 saylı qətnaməsini dəstəkləməsi, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş torpaqlarının azad edilməsinə və bölgədə humanitar fəlakətin qarşısının alınmasına yardım edilməsi üçün çağırış edilir. Petisiyanın məqsədi ideoloji mübarizənin gücləndirilməsi və bizə qarşı olan bu haqsızlıqları dünya ictimaiyyətinin diqqətinə çatdırılmasıdır.
ATƏT-in Minsk qrupu bizim işğal edilmiş ərazilərimizin azad edilməsi istiqamətində uğur əldə etməyib.
Aşağıda imza edənlər Administrasiyadan Ermənistan tərəfindən işğal edilmiş torpaqların azad edilməsi və regionda humanitar fəlakətin qarşısını almaq üçün AŞPA-nın 2085 saylı Qətnaməsini dəstəkləməyi xahiş edir”.
Petisiyanı buradan imzalamaq olar: https://petitions.whitehouse.gov/petition/establish-justice-and-prevent-great-catastrophe
Mənbə:> Oxu.Az