Sumqayıt əhli ayağa qalxdı » AzNews.info -Xəbər portalı

Sumqayıt əhli ayağa qalxdı – VİDEO

Sumqayıt əhli ayağa qalxdı


Sumqayıt əhli bu gecə yatmadı.

AzNews.info xəbər verir ki, 20 yaşlı şəhid Bayramov Şulanın yolunu gözləyən Sumqayıt sakinləri gecə boyu aksiya keçiriblər. Şəhəri qarış-qarış gəzən aksiya iştirakçıları 2 gün öncə şəhid olan polkovnik-leytenant Raqub Orucovun yaşadığı məhəllədə himnimizi ifa ediblər. Daha sonra Şəhidlər Xiyabanına yollanan nümayişçilər şəhidlərin ruhunu 1 dəqiqəlik sükutla yad edib, əsgər addımları ilə marş və himnimizi oxuyublar. "Sumqayıt oyaqdır, əsgərinə dayaqdır", "Oyan ey Sumqayıt, şəhidimiz var", "Ey şəhid anası, uca tut başını", "Ali baş komandan əmr ver bizə", "Səfərbərlik" kimi şüarlar səsləndiriblər. Bəzi yerlərdə aksiya iştirakçılarının sayı hətta 5 minə yaxın olub. Hazırda şəhidin yolunu gözləyən nümayişçilər, onun yaşadığı məhəlləyə toplaşıblar.

Qeyd edək ki, aksiya zamanı, Post Patrul Xidmətinin əməkdaşları aksiyanı yaxından izləyib, hətta şəhərin bir sıra yollarını aksiya iştirakçılarının sərbəst hərəkəti üçün məhdudlaşdırıb.

Yürüşdən bütün video və foto görüntüləri tezliklə Facebook səhifəmizdə tapa bilərsiniz.

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *