Erməni general - Azərbaycan öz istəyinə nail oldu » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ, Hərbi

Erməni general - Azərbaycan öz istəyinə nail oldu

Erməni general - Azərbaycan öz istəyinə nail oldu


Erməni general-mayor, “kommandos” ləqəbli Arkadi Ter-Tadevosyan erməni radiosuna verdiyi müsahibədə Dağlıq Qarabağda yaşanan son vəziyyətlə bağlı diqqətçəkən məqamlara toxunub. Arkadi Ter-Tadevosyan yerli KİV-i cəbhədəki hadisələri düzgün işıqlandırmamaqda ittiham edib. Fikrimcə, yerli KİV hadisələri doğru işıqlandırmır. Onlar deyirlər ki, bu, Azərbaycanın Ermənistana qarşı genişmiqyaslı aqressiyasıdır. Rəsmi şəxslər və Müdafiə Nazirliyinin rəsmilərinin bu barədə açıqlamaları həqiqəti əks etdirmir”,- deyə vurğulayan general Azərbaycanın qarşısına tamamilə fərqli məqsədlər qoyduğunu vurğulayıb.

“Azərbaycanın əsas məqsədi bizim qoşunlar və texnikamızın harada olduğunu öyrənmək idi. Hesab edirəm ki, Azərbaycan öz istəyinə nail oldu. Cəbhə xəttində baş verən hadisələr döyüşlə yanaşı kəşfiyyat xarakterli əməliyyat idi. Azərbaycanın əsasən hədəfi bu məlumatları təhlil etmək və növbəti addımı atmaqdır. Biz onlara nə ilə cavab verdik? Gözlənilməzlik faktoru olduğundan biz bir neçə mövqe itirdik”, - deyə Ter-Tadevosyan qeyd edib.

“Azərbaycan öz hədəfinə nail olubmu” sualına general “bəli” deyə cavab verib: “Bəli, Azərbaycan öz istəyinə nail oldu. Bir daha təkrar edirəm: cəbhədə yaşananlar kəşfiyyat xarakterli idi”.

Generalın fikrincə, Azərbaycan Qarabağ uğrunda gedən son döyüşlərdə müharibə qanunlarına riayət edərək qələbə qazanıb: “Hesab edirəm ki, Azərbaycan genişmiqyaslı hücum qərarı verəcəyi təqdirdə faktiki olaraq başladığı işi davam etdirə biləcək”.

Hərbi cəhətdən iflasa uğrayan Ermənistan kriminal rejimi son vaxtlar cəbhədəki uğursuzluqlarının, canlı qüvvə və döyüş texnikası sarıdan xeyli itkisinin əvəzini çıxmaq məqsədilə aprel ayının 2-də növbəti dəfə təxribat törətməyə çalışıb. Bütün cəbhəboyu mövqelərimiz iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutulub. Eyni vaxtda qoşunların təmas xəttinə yaxın mülki əhalinin kompakt yaşadığı bir sıra yaşayış məntəqələri də düşmən atəşinə məruz qalıb.

Qarşı tərəfin hərbi aktivliyini genişləndirməyə imkan verməmək, onun fəaliyyətinin qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən əməliyyat şəraiti qiymətləndirilərək dərhal cavab tədbirlərinin görülməsi üçün qərar verilib.

Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarılıb, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olunub.

Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib.
Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib.

Döyüşlərdə ermənilərə məxsus hərbi texnikalar – tanklar və artilleriya qurğuları məhv edilib, yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb, düşmənin bir batareyası darmadağın edilib. Düşmənin ən iri hərbi bazalarından biri sayılan, Ağdərə şəhərinə aparan əsas yol üzərində və onun şimalında yerləşən strateji baxımdan əhəmiyyətli Madagiz məntəqəsindəki hərbi bazanın qərargahı dəqiq zərbələrlə dağıdılıb.
Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 31 hərbi qulluqçusu şəhid olub.

Silahlı Qüvvələrimizin nəzarətinə keçən daha əlverişli və strateji cəhətdən üstün mövqelərdə bölmələrimiz tərəfindən mühəndis-istehkam möhkəmləndirmə işləri, ərazinin vizual kəşfiyyatı və atəşin korrektəsi tədbirləri icra edilir.


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *