NATO Qarabağda atəşi dayandırmağa çağırır
NATO Dağlıq Qarabağda təmas xəttində atəşin dayandırılmasına çağırır.
Oxu.Az xəbər verir ki, bu barədə bazar ertəsi RİA Novosti-yə Şimali Atlantika Alyansının Brüsseldəki mənzil qərargahının nümayəndəsi bildirib.
“Biz atəşkəs haqqında sazişin geniş şəkildə pozulması barədə məlumatlardan narahatıq. Biz tərəfləri atəşi dayandırmağa və yerlərdə vəziyyətin sabitləşdirilməsi üçün bütün zəruri tədbirləri görməyə çağırırıq”, - deyə, agentliyin müsahibi bildirib.
Mənbə:> Oxu.Az