Qazaxıstan Qarabağda döyüşləri dayandırmağa çağırdı
Qazaxıstanın Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ münaqişəsi zonasındakı vəziyyətlə bağlı bəyanat dərc edib, Oxu.Az “Kazinform”a istinadən xəbər verir.
“Xarici İşlər Nazirliyi Dağlıq Qarabağ ətrafındakı vəziyyəti diqqətlə izləyir. Münaqişə zonasında atəşkəsin pozulması və insan itkiləri barədə məlumatlarla bağlı ciddi narahatlığımızı bildiririk.
Tərəfləri təmkinli olmağa və atəşkəs haqqında razılaşmalara ciddi əməl etməyə çağırırıq. Dağlıq Qarabağ probleminin nizamlanması üzrə ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyərək, münaqişənin yalnız dinc yolla həllinin zəruriliyi barədə mövqeyimizi bir daha təsdiqləyirik”, - deyə, bəyanatda deyilir.
Mənbə:> Oxu.Az