İraq Türkmənləri Cəbhəsinin rəhbəri: Azərbaycan xalqının yanındayıq » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ, Hərbi

İraq Türkmənləri Cəbhəsinin rəhbəri: Azərbaycan xalqının yanındayıq

İraq Türkmənləri Cəbhəsinin rəhbəri: Azərbaycan xalqının yanındayıq


İraq Türkmənləri Cəbhəsinin rəhbəri, Kərkükün deputatı Ərşət Salihi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə dəstək məktubu ünvanlayıb.

AzNews.info-nun Report-a istinadən xəbərinə görə, məktubda deyilir:

“Biz İraq türkmənləri Azərbaycan xalqının yanındayıq.

Ermənistanın son günlər cəbhə bölgəsində törətdiyi təxribatlar bizi qəzəbləndirib. Şəhid olan azərbaycanlı əsgərlərimizə Allahdan rəhmət diləyirik. Onlar Vətən uğrunda şəhid olublar. Bu, türk üçün böyük şərəfdir. Azərbaycan Ordusunun cəbhədəki uğurlarına çox sevinirik. Qəhrəman Azərbaycan əsgəri işğalçı ermənilərin dərsini verdi. Bütün cəbhə boyu Azərbaycanın hərbi üstünlüyü, inşallah, böyük qələbəyədək davam edəcək.

Biz İraq türkmənləri sözümüz, soyumuz, kökümüz bir olan Azərbaycanla birgə olmaqdan şərəf duyuruq. 1918-ci ildə Azərbaycanın qurtuluşu üçün Nuri Paşanın ordusunda yer aldığımız və bu gün Bakıda Şəhidlər xiyabanında uyuyan türk şəhidlərimiz kimi şərəf duyuruq. Allah köməyiniz olsun. Yaşasın Azərbaycan-İraq türkmənləri dostluğu, birliyi, bərabərliyi”.

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *