AP: Ermənistan tərəfdən 100-dən çox əsgər öldürülüb – FOTO
Ermənistan tərəfinin təxribatı nəticəsində cəbhə xəttində yaranan gərginlik dünya mediasının diqqətindədir. Dünya mediası Azərbaycan ərazilərinin işğalına dair reallıqları əks etdirən xəbərlər yayır.
Nüfuzlu Associated Press beynəlxalq informasiya agentliyi cəbhədəki son vəziyyətlə bağlı yaydığı xəbərdə “Dağlıq Qarabağ separatçı regionu”, “Ermənistan ordusu Dağlıq Qarabağı və ətraf rayonları işğal edib”, “Azərbaycan regionu olan Dağlıq Qarabağ 1994-cü ildən etnik erməni və Ermənistan hərbi birləşmələrinin nəzarətindədir” kimi şərhlər yer alıb.
Məlumatda əksini tapan faktlardan təxribatın məhz Ermənistan tərəfindən törədilməsi açıq-aydın görünür. Xəbərdə bildirilir ki, Ermənistan tərəfinin 100-dən çox əsgəri öldürülüb və yaralanıb, 6 tankı və 15 artilleriya qurğusu məhv edilib. Agentlik vurğulayır ki, Azərbaycan tərəfi itkilərini açıqlasa da, Ermənistan tərəfi bu barədə rəsmi məlumat yaymır.
Həmin xəbər Associated Press-ə istinadla ABC News, Washington Times, Washington Post, NBC, Fox 13, New York Times, Deutsche Welle kimi məşhur informasiya mənbələrində və bir çox ölkələrə məxsus saytlarda yerləşdirilib.
Bu günün əsas xəbərlərindən biri - birincisi Azərbaycanın işğal altında olan torpaqlarında Dağlıq Qarabağda baş verən döyüşlər olub. Artıq region ölkələri ilə yanaşı dünya mətbuatı da bu hadisəyə önəmli yer ayırıb. "Reuters" "Euronews", CNNTürk, BBC, İHA kimi dünya mətbuatının nəhəngləri təmas xəttindəki atışmanı və Azərbaycanın 12 şəhid verməsinə geniş yer verib.
Məlumatlarda həmçinin Rusiya prezidenti Vladimir Putinin tərəflərə çağırışı da yer alıb.
Azərbaycana ən böyük dəstək verənlərdən biri də heç şübhəsiz ki, Türkiyə olub. Belə ki, bu ölkədə #TürkiyeSeninleAzerbaycan heşteqi "Tvitter"in lider payalaşımı olub. Bu heşteq Twitter mikrobloq servisinin Türkiyə seqmentində ilk sıradadır.
Bu heşteqlə türklər Azərbaycanın yanında olduqlarını, dəstəklərini nümayiş etdirirlər.
Mənbə:> ANSPRESS