Daha bir erməni əsgəri öldürüldü
Aprelin 1-də Azərbaycan-Ermənistan sərhədində düşmən ordusunun daha bir hərbi qulluqçusu öldürülüb.
Bu barədə Oxu.Az erməni KİV-ə istinadən xəbər verir.
“Aprelin 1-də saat 9:00 radələrində hərbi qulluqçu Qevork Armenoviç Asoyan döyüş mövqeyində başından ölümcül güllə yarası ilə tapılıb. Hadisə Tavuş vilayətinin İcəvan şəhəri yaxınlığında baş verib”, - məlumatda deyilir.
Mənbə:> Oxu.Az